Azarov: "ABŞ-ın Oçakovda hərbi iştirakı bölgədə gərginliyə səbəb ola bilər"
“ABŞ hərbçilərinin Ukrayna Donanmasının Oçakovda tikilən əməliyyat mərkəzində iştirak etməsi regionda yeni gərginliyin yaranmasına səbəb ola bilər. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın sabiq baş naziri Mykola Azarov ölkədəki vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında açıqlayıb.
"Oçakovda hərbi-dəniz bazası tikilir. Bu, həddindən artıq ciddi işdir. Oçakov, Sevastopol kimi, Qara dənizin açarıdır. Amerikalılar orada hərbi-dəniz bazası tikir. Oçakovda tikilərn baza Qara dəniz bölgəsində gərginliyə səbəb ola bilər”,- deyə keçmiş baş nazir bildirib.
Sabiq baş nazirin sözlərinə görə, Qərb dəstək yolu ilə ölkədəki vəziyyəti nəzarətdə saxlamağa çalışır: “ Bu gecə aldığımız məlumatlara görə, ABŞ Ukraynaya öldürücü silahlar, milyon patron və raket daxil olmaqla silah-sursat göndərib. Amerikalılar Ukraynanı silahla təchiz edirlər. Nəyə görə?”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB