“Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda istefaya getməsi və eləcədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar əvvəlcədən planlaşdırılmış idi”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə açıqlamasında deyib.
Ötən gün parlament tərəfindən qəbul olunan qərarın Paşinyan üçün bəhanə olduğunu deyən Aşotyan bildirib ki, baş nazir tərəfindən atılan addımlar onun öz siyasi proqramı ilə bağlıdır
Onun sözlərinə görə, əgər problem Baş nazir və onun komandasının Milli Məclisdəki mandat sayının artırmaqdırsa, bu başqa məsələdir: “ Yox əgər bizə hər hansı bəhanələrlə nəyisə başa salmağa çalışırlarsa, o zaman onların bəhanələri heç nəyə əsaslanmır. Mənə görə, bir açıqlama var - Nikol Paşinyan mümkün qədər tez zamanda parlamentdə əksəriyyətə sahib olmaq istəyir və bununla bağlı narahatlıqları var. Allah bizi bütün bunların arxasında olan geosiyasi oyunlardan qorusun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB