İranın XİN başçısı: "BMT məhkəməsinin qərarı ABŞ-ın növbəti uğursuzluğudur"

İranın XİN başçısı: "BMT məhkəməsinin qərarı ABŞ-ın növbəti uğursuzluğudur"

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif BMT Məhkəməsinin Tehranın Vaşinqtonla bağlı iddiasına dair qərarını şərh edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nazir qərarın İran tərəfini məmnun, ABŞ- ın növbəti uğursuzluğu adlandırıb.

“Beynəlxalq Məhkəmə İranın ABŞ-a qarşı iddiasını qismən təmin edən ilkin qərar qəbul edib. Bu, ABŞ hökumətinin sanksiyalarla bağlı növbəti uğursuzluğu, qanunun aliliyinin zəfəridir. Beynəlxalq ictimaiyyətin zərərli Amerika birtərəfliliyinə kollektiv olaraq qarşı çıxması çox vacibdir”, - deyə Zərif öz sosial media hesabında qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə