“Gəlin, Paris əvəzinə Bakıya gedək” TƏƏSSÜRAT

“Gəlin, Paris əvəzinə Bakıya gedək” TƏƏSSÜRAT

Rusiyanın “Literaturnaya qazeta” nəşrində Volqoqraddan olan Aleksandr Tsukanov Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını qeydə alaraq, məqalə ilə çıxış edib. O, “Gəlin Paris əvəzinə Bakıya gedək” başlıqlı yazısında paytax Bakımızla yanaşı, bölgələrimizə də səfərlər edərək, ölkəmizin gözəlliyi və füsunkarlığına heyran qaldığını bildirib. SİA olaraq, həmin yazını tərcümə vasitəsi ilə dəyərli oxucularımızın diqqətinə çatdırırıq.

“Bəs bizim qonşularımız necə yaşayırlar?

Ötən həftə Bakıda IX Rusiya-Azərbaycan beynəlxalq regional forumu keçirildi və orada prezidentlər Vladimir Putinlə İlham Əliyev iştirak etdilər. Burada müştərək ilştirakla 700-dən çox şirkət işləyir. Biz Azərbaycana kənd təsərrüfatı məhsulları, maşınlar, avadanlıqlar, metallar, ağac məmulatları, kimyəvi sənaye məhsulları göndərir, onlar isə bizi məhsullar, metal, tekstillə təmin edirlər.

Azərbaycanda rus dilində təhsil verən 341 məktəb fəaliyyət göstərir. Lakin necə olubsa, biz Nyu-York, Paris haqqında daha çox bilirik, Bakı haqqında isə, yalnız dəymiş pomidorlar, paxlava, ya da faraş kartof alarkən xatırlayırıq. Bəs bizim qonşularımız necə yaşayırlar?

Neft quyuları və qüllələr şəhəri

Biz Xəzər dənizi boyunca hərəkət edirik. Pəncərədən Qafqaz sıra dağlarının kədərli boz-qəhvəyi landşaftı görünür. Volqaətrafı düzənliklər kimi, burada da qızmar günəş üzündən hər şey solur və ölür. Solda Qobustanı göstərən göstərici və böyük daş qalaqları görünür. Bu daşların üzərində "Qobustan" qoruğu haqqında təsvirlər var. Alimlər paleolit dövründə yaşayan insanlarla bağlı çoxlu elmi məqalələr yazıblar. Petroqrigflər - əcdadların məktubları uşaq rəsmlərinə bənzəyirlər. Bu, çox maraqlıdır. Xüsusən, Kareliyada olmayanlar və qoruqlardakı qayalar üzərində cızılmış rəsmləri görməyənlər üçün.

Avtobus daş qayaları yığınına tərəf yuxarı qalxır. Xəzəryanı ovalıq buradan yaxşı görünür - uzun kilometrlərlə gilli torpaq, cansız kolluq, qazma buruqları və yandırıcı günəş.

- Belə bir yerlərdə Bakı şəhəri ucaldılıb - ekskursiya bələdçisi anladır.

“Şəhər arxitekturasının simasını göstərən əsas brilyant Heydər Əliyev Mərkəzinin supermüasir binasıdır”

Buna inanmaq çətindir. Bakıda çoxlu yaşıllıq, parklar, fontanlar, nəhəng botanika bağı var. Hətta Müslüm Maqomayevin, musiqiçi və bəstəkarların, yazıçıların və siyasi xadimlərin dəfn edildikləri qəbiristanlıq da var ki, ora hamar daşlar düzülmüş və yolayrıcları olan nadir parka bənzəyir.

Ancaq şəhər arxitekturasının simasını göstərən əsas brilyant Heydər Əliyev Mərkəzinin supermüasir binasıdır. İran mənşəli britaniyalı memarın Zahi Hədidin bəyaz rəngli və böyük balıqqulağını xatırladan əsrarəngiz yaradıcılığı möhtəşəmdir.

İkinci yerə isə hündürlükləri 120-dən 160 metrə qədər çatan üç Alov qülləsini qoymaq olar. Bu üçlük yalnız ö hündürlüyü ilə deyil, eyni zamanda LED ekranlarla təchiz olunmuş və üzərində urbanist alov effektləri verən vizual görüntüləri ilə orijinallığı təşkil edir. Bir çox mütəxəssislərin fikrincə, Alov qüllələrinin işıqlandırılması dünya praktikasında ən yaxşısı hesab edilir.

Volqoqradlı memarlar – cavanlar, eləcə də onlarla ölkələri gəzmişlər öz yüksək təəssüratlarını, heyranlıqlarını kameralara köçürürlər.

Aşağıda ucsuz-bucaqsız gözəl sahil, attraksionlar, kafe və restoranlar görünür. Bakının İtaliyadan gətizdirilmiş qondolları ilə “Kiçik Venesiya”sı, möhtəşəm xalça mərkəzi də var. Uzaqda isə bəyaz rəngli su üzərində elit restoran görünür. Əlbəttə ki, neft “kaçalkaları” - bu da mazut qoxusu kimi şəhərin simvollarından sayılır.

Qədim şəhərin ərazisi İçəri Şəhər adlandırılır və YUNESKO-nun Dünya irsi siyahısına salınıb. Bu cür qədim və dar küçələrdə bir neçə sovet filmləri çəkilib, burada çoxsaylı iaşə yerləri və suvenir köşkləri var.

“Azərbaycanda 700 km yol getdik və bir dənə də zibillik yerlərlə rastlaşmadıq”

Memarlıq və yolların keyfiyyəti şəhərin memarlıq simasıdır. Bu eyni zamanda kanaizasiyanın mövcudluğu kimi mədəniyyət elementidir. Və şəhəər küçələrindək təmizlik. Bakıda bununla bağlı hər şey öz yerindədir. Hətta hasarlar belə heyran edir!

Avrasiya fondunun prezidenti Umud Mirzəyevlə Qəbələ rayonuna gedirik. Sağda və solda fərdi yaşayış evləri olan kiçik qəsəbələrdir. Hasarlar ya daşdan, ya da dəmirdəndirlər. Bilmirəm, bəlkə də sahələrin sahiblərini qayda-qanun yaratmaq üçün ciddi tənbeh ediblər, ya da pul verərək bunlara nail olublar. Biz Azərbaycanda 700 km yol getdik və bir dənə də zibillik yerlərlə rastlaşmadıq.

Qəbələ yüksək dağlıq kurortu əla giriş yolu və kaskad bulvarla başlayır, hansı ki, ora quş uçuşu yüksəkliyindən baxmaq çox xoşdur. Üç seqmentli və baxış meydançası olan kanat yolu, dağ görüntülü beşulduzlu otel, 10 manat verdin və sən zirvədəsən. Mübahisə etməyin isə yeri yoxdur, hər şey beş balla hesablanıb. Başımı yuxarı qaldırıram və dərələr üzərində paraplaneristlərin uçaraq və sevinc çığlıqları ataraq necə dövr etdiklərinə baxıram. Onların qorxmazlıqlarına isə yalnız paxıllıq etmək olar.

“Molokanlar burada yerli sakinlərlə bərabər 200 ildir ki, sülh və əminamanlıq içində yaşayırlar”

İsmayıllı şəhərində yol işarəsi İvanovkanı göstərir. Çox diqqətçəkici bir molokan kəndidir. Onlar burada yerli sakinlərlə bərabər 200 ildir ki, sülh və əminamanlıq içində yaşayırlar. Çünki oğurluq eləmirlər, donuz əti və kolbasa yemirər, dualar edirlər və nə qədər qəribə görünsə də, kolxozu, klubu, məktəbli qoruyub-saxlayıblar. “Ruhi xristianlıq” molokanlara aiddir və onlar kilsə qanunlarını digər çoxsaylı protestantlar kimi rədd edirlər. İbadət və başqa dini ayinlər zamanı onlar xarici atributlara tərəf getmirlər, kilsə iyerarxiyasının müqəddəs yerlərini tanımırlar. Onlar hətta ikonalar qarşısına şam düzmürlər, hansı ki, molokanlarda ikonalar da yoxdur. Onların ibadət evləri bəzəksiz və zəngsizdir. İvan Qroznı zamanında bu cür dini inkarçıları edam edirdilər. Sonrakı illərdə də onları sıxışdırırdılar. Nəticədə hərəsi hara gəldi qaçdılar. Onlar dünyada öz dillərini və inanclarını saxlayan və 3 min nəfər olan ən böyük icmadırlar.

“Dizel yanacağı Azərbaycanda iki dəfə ucuzdur, hətta “LUKOYL”da belə!”

İcmanın “İvanovka” adlanan öz şərab brendi var və bu brend tam şəkildə gürcü şərabları ilə rəqabət apara bilər. Belə bir eksklüziv şərabın bir şüşəsinin qiyməti 6 manat, yaxud 220 rubldur. Bu rus kəndinə Azərbaycan prezidenti dəfələrlə səfər edib, molokanların xahişlərini dinləyib. Digər kənd sakinləri kimi, onların da yaşayışı elə də asan deyil: südü onlardan beş rubla, qazlı suyu ona, başqa məhsullara da kənd təsərrüfatı ilə eyni ölçüyə gəlməyən ucuz qiymətə alırlar, necə ki, Rusiyada olduğu kimi. Lakin dizel yanacağı Azərbaycanda iki dəfə ucuzdur, hətta “LUKOYL”da belə!

Bakıda su idmanı sarayı qarşısında ilk neft “kaçalkası” dayanıb –sanki XIX əsrin açıq havadakı noy-hay muzeyidir. Burada vaxtilə ağıllarını və bacarıqlarını sərf etmiş rus mühəndislərini hörmətlə anırlar. Xam neftdən yanacağın alınması vasitəsini icad edən Mendeleyevi də xoş xatirələrlə anırlar..

Şəhər bağında Puşkinə heykəl qoyulub və postamentin ətrafında təzə qızılgüllər əkilib. Lermontovun adına küçə var və burada mütləq mənada Yesenini də xatırladır. Burada Qriboyedovun Nizaminin nəşini gətirərək dəfn etdirdiyini də xatırlayırlar.

“Dağlıq Qarabağ münaqişəsi 30 ildir ki, davam edir”

Mən Nizaminin mavzoleyi yaxınlığında bir neçə çay qızılgül kolu yığdım, Ulyanovskda 5 il yaşamış bağbanla söhbət etdim, maşınqayırma zavodunda işlədim və səmimi şəkildə münasibətlərin qurulmasına sevindim, qonaq çağırdım. Bizim Umud Mirzəyevlə səfərimiz Gəncəyə doğru idi – keçmiş Kirovabada tərəf, hansı ki, orada etnik qarşıdurmalar yaşanmışdı. Şəhərə girişdə Dağlıq Qarabağdan qaçqın düşmüş insanlar üçün çoxmərtəbəli binalar görünür. Bu münaqişə 30 ildir iki qonşu xalq arasında davam edir.

Bu gün “xəzinələr şəhəri” olan Gəncə tam şəkildə öz adına layiq olduğunu sübut edir. Şəhər beton və şüşə nəhənglərindən fərqli olaraq, rahat və çox cəzbedicidir. Eləcə də XVIII əsrdə təməli qoyulmuş Xan Bağı deyilən möhtəşəm park var. Həmçinin, şeyx Bahəddinə aid bina ansamlı, rus qounlarının hücumlarını dəf edərkən, oğlu ilə birgə həlak olan Cavad Xanın əbədi uyuduğu məkan var burada.

Şərq və Asiya motivləri ilə bəzədilmiş dekorasiyalı Aleksandr Nevski məbədi də burada yerləşir. Məni Gəncədə təəccübəndirən qəzet köşkü oldu. Orada başdan-ayağa rus dilində jurnallar var idi... Gəncə ilə yanaşı Naftalan sanatoriyası var ki, orada əl ağacları ilə gəlib, sağalanlar sonradan həmin vasitələrini sanatoriyadakı muzeyə veriblər.

“Mənim isə yoldaşıma verəcək cavabım yoxdur”

-Azərbaycanda 100 mindən çox rus yaşayır. Ermənistanda isə on min nəfərini belə bir yerə toplaya bilməzsən. Ancaq nəyə görə Rusiya Azərbaycandan üz döndərib? - Umud Mirzəyev səmimi anlaşılmazlığı ilə soruşur. O, əslən Dağlıq Qarabağdandır və bu mövzu onun üçün çox ağrılıdır.

Mənim isə yol yoldaşıma verəcək cavabım yoxdur. Tatarlar içində yaşadığıma görə, burada çoxsaylı “yaxşı, sağ ol, salam” kimi ifadələri eşitmək mənə çox xoş təsir bağışlayır. Unudulmuş türk sözləri yada düşür. Mən hətta çukçalarla, bədəvilərlə razılığa gələ bilərəm, ancaq bir şeyi anlamıram ki, axı niyə siyasilər bizi “təmizlərə və qeyri-təmizlərə” bölürlər?

Naxçıvandan hədiyyə verilmiş büllur armudu stəkanlara ətirli çay süzərək, öz təəssüratlarımızı bölüşəcəyik və Azərbaycana olan əsrarəngiz səfərimizi xatırlayaraq, dostlarımıza görə sevinəcəyik.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə