Yaxud, onlar şəxsi maraqlarına görə, özlərini cinsi azlıq nümayəndəsi kimi də təqdim edə bilərlər
Artıq uzun müddətdir ki, Avropa və Qərb ölkələrində özlərini “siyasi mühacir” kimi göstərərək, müxtəlif xarici təşkilatlar qarşısında nökərçilik edənlər sosial şəbəkələr vasitəsilə “keçəl min oyun eylər” kontekstindən kənara çıxmayaraq, siyasi hoqqabazlıqlarını davam etdirməkdədirlər. Təki, ortaya bir mövzu atılsın və onlar da həmin mövzunu elə “fırladıb”, “hakimiyyətin günahı” kimi zorla ictimai rəyə sırısınlar. Necə deyərlər, belə bir “siyasət” onların qanlarına hopub, özü də necə..!
“Ələkçilərə” günaşırı “qıl” verənlər
Əslində, yalnız oralarda deyil, elə buralarda da onlara, yəni “ələkçilərə” günaşırı olaraq “qıl” verənlər mövcuddur – özlərini “ana müxalifətin liderləri” kimi təqdim edən kərimlilər, hacılılar və s. Ancaq əsas tərəflər yenə də Avropa ölkələrində və erməni lobbisinin dəstəyi ilə küçələrdə, avtomobil salonlarında, kafe və barlarda, striptiz klublarda açıq-aşkar sirk tamaşaları göstərənlərdir. Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Vidadi İskəndərli, Emin Milli...Siyahı isə dartıldıqca uzanacaq əslində. Beləliklə, indi Fransadan Hollandiyaya, Almaniyadan Belçika və İsceçə qədər əksər Avropa ölkələrində məskunlaşmış həmin üzdəniraq "həmvətənlərimiz"i yalnız bir şey düşündürür - Azərbaycanı, bu ölkənin rəhbərliyini, dövlət xadimlərini necə aşağılayıb onun barədə mənfi rəy, imic formalaşdıraq ki, erməni lobbisinin təşəkkürünü və xüsusilə maddi dəstəyini alaq.
Siyasi fahişəliyin aşkar etirafı: “...Öz cinsiyyətimi də dəyişdirməyə, gey, leyzbiyan, transseksual belə, olmağa hazıram”
Bu arada bir qısa haşiyə çıxmaq istərdim. Hazırda Avropa ölkələrinin birində yaşayan və bu kimi ünsürlərə qarşı bacardığı qədər mübarizə aparan vətən övladımızdan biri sosial şəbəkədə onlardan birinin sitatını mənə xatırlatmışdı. Sitat isə təxminən bu cür idi: “Azərbaycanda hakimiyyətin dəyişilməsi üçün, hətta öz cinsiyyətimi də dəyişdirməyə, gey, leyzbiyan, transseksual belə, olmağa hazıram”
Bax, budur sözün bitdiyi yer və simasızlığın, Vətənə, dövlət nifrətin, özü də ermənidən betər erməniçiliyin əsas təməli. Və yaxşı olardı ki, belələri bir də heç vaxt Azərbaycana geri dönməsinlər. Nə torpaq, nə də millət belələrini əsla bağışlamaz!
Bu gün vaxtı ilə AXCP sədri Əli Kərimlinin bu ölkəyə göndərdiyi emissarlarının xətti ilə Almaniyaya "siyasi mühacir" adı altında pənah aparanlar çox keçmədən onun oradakı adamlarından, yəni erməni lobbisinin təmsilçilərindən təlimat və maddi dəstək alaraq Azərbaycan dövlətinə qarşı səlib yürüşünə çıxıblar.
Əli Kərimlinin Avropa emissarları
Bu gün məsələ yalnız Orduxan Teymurxan və yuxarıda adları çəkilən digər “cinsiyyətlərini dəyişməyə hazır olan” ünsürlərdə deyil, bayaq da qeyd etdiyimiz kimi, onlar arasında digərləri də cəlb edilir, yəni “verbovkalanır”. Misla üçün, bu gün Hollandiyada siyasi hay-həşir, şivənlik salmaq, təlxəklik etmək üzrə çempionluq adını qazanan Orduxan Teymurxan kimilərdən biri də Camal Seyidlidir. Məlumat üçün qeyd edək ki, Almaniyaya "siyasi mühacir" adı altında üz tutana qədər Camal Seyidli Ə.Kərimlinin "mitinq qəhrəmanları"ndan biri olub. AXCP sədrinin təşkil etdiyi mitinq və digər siyasi aksiyaların fəal iştirakçısı kimi tanınan C.Seyidlinin Almaniyaya siyasi mühacir kimi getməsinin, cəbhə sədrinin Avropa emissarı olmasının də maraqlı tarixçəsi var. Belə ki, sözügedən şəxs radikal siyasi mübarizədən, ən əsası isə onun kimilərinin qabağa verilib, onlardan vasitə kimi istifadə edildiyindən bezərək daha yaxşı yaşayış sevdası ilə Avropaya üz tutmağı qərarlaşdırır. Lakin C.Seyidli onu da yaxşı bilir ki, əlini-qolunu sallaya-sallaya Avropaya üz tutub siyasi sığınacaq ala bilməz. Bəs necə etməli? Bu zaman ona radikalların liderlərinin böyük "faydası" toxunur. Daha doğrusu hər zaman olduğu kimi bu dəfə də öz bazasından şəxsi və maddi maraqlar naminə istifadə etməyi bacaran "liderlər" öz hiylələrini işə salaraq Seyidliyə "dəyərli" məsləhətlərini verirlər...Həmin məsləhətlərin isə nədən ibarət olduğunu artıq hər kəs yaxşı bilir.
“Qarabağa azadlıq” şüarı ilə qindarma mitinq edənlər bilməlidirlər ki, Azərbaycan dövləti Qarabağın işğaldan azadlığı üçün hətta onların çox sevdikləri Nikolu dizə gətirir!
Yaxud, bir neçə gün öncə, “Məhsul”da “Qarabağa azadlıq” şüarı altında şəxsi mənfəət güdənlərin utancverici və rüsvayçı mitinqlərinin şahidlərinə çevrildik. Bəli, məhz utancverici! Çünki bu cür şüar altında siyasi və şəxsi məqsədləri güdmək sadəcə heç bir ləyaqətə, mənəviyyata sığmır. Bu gün erməni mediası həmin mitinqi ələ salır. Bu yazıların hansı mahiyyət daşıdığını isə bilər-bilir.
Avropadakı siyasi fahişələr də məhz bu mitinqdən öz xeyirlərini güdür, hələ utanmaz-utanmaz növbəti eyniadlı şüar altında xalqı aksiyalara cəlb etməyə cəhd göstərirlər. Ancaq unudurlar ki, bu gün onlardan fərqli olaraq, Azərbaycan dövləti əməli işlər görür, Qarabağın işğaldan azadlığı üçün hətta onların çox sevdikləri Nikolu (Paşnyanı-R.R.) dizə gətirir. Məgər bunu Düşənbədəki sammitdə görmədilərmi? Gördülər, sadəcə uzun illərin siyasi korları onlara sərf etməyən hər bir şeyə “görmürük” deyib, yaxa qurtarırlar...
Ümumiyyətlə, bu kimi ucuz, cılız, mənfur və heç bir insani keyfiyyətlərə aidiyyatları olmayan ünsürlər gec, ya da tez anlamalı olacaqlar ki, tutduqları yol əslində onların siyasi fahişəliklərini daha qabarıq fonda canlandırır. Ancaq nə gec, nə də tez olmasına baxmayaraq, etdikləri hər bir xəyanətə görə, mütləq cavablarını alacaqlar. Bax, buna 100% əmin ola bilərlər!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB