“Avropadakı "mühacirlər" xarici agentura şəbəkəsinin təlimatı ilə işləyirlər” MÜSAHİBƏ
Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi
- Elşən müəllim, xaricdə ki, “azərbaycanlılar” ölkəmizə qarşı şər böhtanların seriyasını genişləndirirlər. Bu o deməkdir ki, onlar yeni tapşırıqlar alıblar?
- Avropadakı mühacirlər hansısa agentura şəbəkəsinin təlimatı ilə işləyirlər. Sonucda da görülən işlər haqda “ağa”larına məruzə edirlər ki, söylədikləri söyüşə, iftiraya, hədyana müqabil maliyyə vəsaiti təyin olunsun. Yoxsa öz ölkələrində, yəni Azərbaycanda yaşayarkən 2 km-lik radiusdan çıxa bilməyənlər, təyyarəni televizorda görənlər indi Avropanın, dünyanın aşağı və yuxarı bitişim nöqtələrini su yolu etməzdilər. Daha doğrusu edə bilməzdilər. Demək, normal sponsorları var. Sadəcə öz ağıllarında olan sponsorlar. Ona görə tandem təşkil edə biliblər. Amma bir şeyi anlamırlar: Azərbaycandakı sabit durumu, inkişafı bu yolla sarsıtmaq mümkün olsaydı, bunu onlardan əvvəlki riyakarlar, zaman-zaman millətinə kənardan xor və kor baxanlar da bacarardı. Bacarmayıblarsa demək quldurxan kimilər də bacarmayacaq. Sponsorların pulları isə bu dəfə də havaya sovrulacaq. Hər zaman olduğu kimi. Boşboğazlıq və tərbiyəsizlik indiyə qədər kimsəyə xeyir, başucalığı gətirməyib. Onların kişiliyi, mənliyi olsa gəlib müxalifətçiliyi burda edərlər, hansısa nabələd dalanlarda yox.
- Vidadi İsgəndərli, Orduxan Teymurxan, Qurban Məmmədov və bu kimi digər şəxslərin azərbaycanlı adına, Azərbaycan dövlətinə iddiaları bundan sonra nə dərəcədə düzgün hesab edilə bilər?
- Onlar kimdir ki, Azərbaycan adından danışsınlar? İddiaları da absurddur. Həm iddia varmı ki? Onların bütün leksikonu, nitqi, danışığı bir tək söyüşdən yoğrulmayıbmı? Əsas da öndə adını çəkdiyiniz Vidadi İsgəndərli və Orduxan Teymurxan sanki yemək əvəzinə zibil udur, zibil çeynəyir, zibil həzm edirlər. Belə olmasaydı, ağızlarını açan kimi üfunət qoxmazdı. Adamlar bütün dəyərlərini itiriblər. Onu da nəzərə almırlar ki, paylaşdığımız videoya öz nəslimizdən olan xanımlar, gəlinlər, analar, bacılar da baxa bilər. Yox! Nəzərə almırlar. Çünki bütün dəyərlər itib. Daxillərində mənəvi xaos yaşanır. Bu səbəbdən batdıqca batırlar.
- Bu şəxslərin yaşadıqları ölkələrdə məhkəmələrə verilməsi hüquqi cəhətdən nə dərəcədə əsaslı ola bilər?
- Hüququn imkan verdiyi vasitələr və imkanlar hər zaman vardır. Bizim hətta Avropanın bir çox ölkələri ilə ratifikasiya olunmuş ekstradisiya müqavilələrimiz var. Digər bir variantda isə ayrı vaxt demokratiyadan bəh-bəhlə danışan ölkələrdən də israrla tələb etmək lazımdır ki, sənin məkanında baş verən bu cinayətlərə, mənəvi terrora, rəzilliyə niyə göz yumursan? Hardadır sənin hüquq mühafizə orqanın? Nədir bu sükutun səbəbi? Olsun, lap özlərini qanunvericiliyi. Öz qanunları, məcəllələri ilə mühakimə etsinlər. Ortada yetərincə fakt var. Məgər müvəqqəti və ya daimi sığınacaq alan, hardasa vətəndaşlığı olan şəxs digər ölkəyə, həmin ölkədəki konkret şəxslərə qarşı mənəvi terror, cinayət törədə bilər? Təbii, yox. Ona görə də insan hüquq və azadlığı barədə durmadan danışan, demokratiyanı bayraq edən dövlətlər ilk öncə öz ölkələrində baş verən həyasızlıqlara, hədyanlara, açıq cinayətlərə təcili reaksiya verməlidirlər və mən əminəm ki, bu reaksiya əvvəl-axır olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB