Tovuz rayonundakı Şəhidlər xiyabanı yenidən qurulur. Tovuz rayon İcra Hakimiyyəti Aparatının rəsmisi Mayıl Qasımovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, Şəhidlər xiyabanı hazırlanan layihə əsasında yeni simaya salınacaq.
Hazırda rayonda torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın siyahısı dəqiqləşdirilir. Bundan sonra burada ucaldılacaq lövhəyə şəhid olan həmvətənlərimizin adları vurulacaq. Bundan əlavə şəhid məzarlarının üstü yenidən götürüləcək. Həmçinin, xiyabanda əbədi məşəl kompleksi yaradılacaq.
İşlərin 2011-ci il yanvarın 20-dək başa çatdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB