Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi (MƏR) tərəfindən anım mərasimi keçirilib. Ölkəmizin MƏƏ-kı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qanatra şəhərindəki Azərbaycan-Misir Dostluq parkında yerləşən Heydər Əliyevin büstü ziyarət edilib və önünə əklil və gül dəstələri qoyulub.
Səfirlikdə keçirilmiş anım mərasimində çıxış edən Səfir Ş.Abdullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şanlı həyat yoluna nəzər salmış və müasir Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Mərasimdə iştirak edən Misirin Ayn-Şəms, Qahirə və Əl-Zəqaziq universitetlərinin professorları və Strateji araşdırmalar mərkəzlərinin tədqiqatçıları çıxış edərək, dərin zəka, bilik, təcrübə və uzaqgörənliyə malik bir dövlət xadimi kimi Heydər Əliyevin dünya əhəmiyyətli siyasətçi olduğunu bildiriblər.
Misirdə keçirilən konfrans ilə əlaqədar bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva sözügedən tədbirdə iştirak edərək, Heydər Əliyevin zəngin irsinə və onun keçdiyi şərəfli həyat yoluna nəzər salıb.
Mərasim çərçivəsində Heydər Əliyevin həyat və yaradıcılığına aid sənədli film nümayiş etdirilib.
Mərasimdə Misir Ərəb Respublikasında yaşayan və təhsil alan Azərbaycan icmasının nümayəndələri, Misirdə kurslarda olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabit heyəti, yerli ictimai-siyasi və elm xadimləri, kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB