Azərbaycanda evlərin qiyməti Avropa ölkələri ilə müqayisədə 2 dəfə bahadır- ARAŞDIRMA
Azərbaycanda evlərin qiyməti olduqca bahadır. Belə ki, Almaniyanın mərkəzi Berlində 50 min avroya 3 otaqlı ev almaq mümkün olduğu halda, Bakıda bu qiymətə heç 2 otaqlı ev almaq da olmur. Və ya Türkiyənin İstanbul şəhərinin ən bahalı tərəflərində 3 otaqlı evlərin qiyməti 70 min manatdır. Bakıda isə şəhərin kənar yerlərində bu qiymətə yalnız içi döşənməmiş boş divarlar halında 2 otaqlı ev almaq olar. SİA bu mövzunun cəmiyyətdəki yerini, insanların bu məsələyə münasibətini araşdırıb.
İlk olaraq bu barədə əmlak bazarlarında ev axtaran insanlar arasında sorğu apardıq. Sorğu zamanı ev axtaran insanlar evlərin qiymətlərindən şikayətləniblər.
35 yaşlı Fəridə Kərimova bu barədə fikirlərini bildirən ilk respondentimiz oldu. Qiymətlərin baha olmasından şikayətlənən qadın, alıcılar üçün heç bir güzəşt edilmədiyini deyib: "Belə qiymətə ev olar? Artıq günlərdir, gəzirəm, elə bir yer yoxdu ki, orada orta imkana sahib olan ailə ev ala bilsin. 3 otaqlı evlərin qiyməti 100 min manatdır. Bu qiymətə hansı orta imkanlı ailə ev ala bilər? Qiymətlərin bu cür süni artımının qarşısı alınmalı, hər təbəqə üçün şərait yaradılmalıdır".
Digər bir iştirakçımız olan 27 yaşlı İsa Ağababayev də evlərin qiymətindən şikayətlənənlər sırasında oldu. Ağababayev şikayətlənməklə bərabər satışa çıxarılan evlərin vəziyyətlərinin yaxşı olmadığını dilə gətirib: "Azərbaycanda evlərin qiyməti həddindən artıq şişirdilir. Mən nişanlıyam və toydan əvvəl ev almalıyam. Lakin qiymətlərə baxanda insan hər şeydən ümidini üzür. Təqdim olunan qiymətlərə ev almaq qeyri-mümkündür. Bununla iş bitsə, dərd yarıdır. Hələ bu evin içini döşəmək, əşyaları almaq o qədər pul tələb edir ki, bunu qarşılamaq olmur. Xarici ölkələrdə içi döşənmiş evlər Azərbaycanda satılan quru divarlardan qat-qat ucuzdur".
Cəmiyyət arasında keçirdiyimiz sorğuda insanların evlərin qiymətindən narazı olduğunu açıq-aşkar gördük. İştirakçılar arasında qiymətlərin baha olmasının elan olunan iqtisadi vəziyyətlə təzad yaratdığını deyənlər də olub.
Bunlardan biri 41 yaşlı Tərlan Məmmədov olub. Məmmədov iqtisadiyyatın inkişaf etdiyi deyilən ölkədə belə qiymətlərin qəbulolunmaz olduğunu deyib: "Hər yerdə Azərbaycanın iqtisadi inkişafından danışırıq. Amma əmlak bazarlarındakı qiymətlər deyilənləri təkzib edir. Bir məqamı da nəzərinizə çatdırım ki, yeni tikilən evlərdə ipoteka, su, qaz, işıq kimi bir sıra problemlər var. Son günlərdə qiymətləri çox az da olsa ucuzlaşdırıblar. Çünki insanların ev almağa nə gücü, nə imkanı çatır. Artıq şəhərdə belə bir vəziyyət yaranıb ki, ev ala bilmək üçün evin pulundan ayrı 100 min manatın da olmalıdır ki, bu risqli addımı ata biləsən. Çünki boş divarları evə çevirmək və kommunal problemləri həll etmək üçün bu qədər məbləğ də heç bəs etmir. Bu da o deməkdir ki, orta imkanlı insanlar ev almağı unutsunlar. Nə dərəcədə ədalətlidir bu sistem?"
Bütün bunlarla yanaşı, son günlərdə isə evlərin qiymətində ucuzlaşma müşahidə edildiyi bildirilir.
Bununla bağlı müraciət etdiyimiz iqtisadçı ekspert Vüqar Bayramlı da alıcıların sayının azalmasının qiymətlərə təsir etdiyini bildirib: "Monitorinqlərdə göstərilir ki, mənzil bazarında tələbat artmır. Getdikcə evlərin qiyməti ucuzlaşır. Bunun səbəbi isə alıcı kütləsinin sürətlə azalmasıdır. Alıcıların azlığına baxmayaraq bazara çıxarılan mənzillərin sayı çoxdur. Alıcıların azlığı isə məlum məsələdir ki, qiymətlərlə əlaqədardır. Avropa ölkələri ilə müqayisədə Azərbaycanda qiymətlər çox yüksəkdir. Süni şəkildə şişirdilmiş qiymətlər isə ev almaq istəyənləri bu düşüncədən yayındırır. Üstəlik, yeni tikililərdə bir sıra kommunal problemlərin olduğu danılmazdır. Bu səbəb də evlərin qiymətinin azalmasına təsir edir. Azərbaycanda evlərin qiyməti əhalinin yaşayış səviyyəsinə uyğun deyil".
Məsələ ilə bağlı münasibət bildirən Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov da evlərin qiymətinin baha olduğunu təsdiqləyib, lakin bu məsələyə qiymətləri tənzimləyən şirkətlərin baxdığını deyib: "Avropa ölkələri ilə müqayisədə Azərbaycanda evlərin qiymətinin baha olduğu açıq- aşkar görünür. Təəssüf ki, bu məsələlərə müdaxilə etmək, ya da dəyişdirmək kimi bir səlahiyyətimiz yoxdur. Əsasən qiymətləri tənzimləyən özəl şirkətlər bu işdə məsuldurlar".
Sonda isə onu qeyd edim ki, evlərin qiymətinin ucuzlaşması hansısa ailələrdə ev probleminin həll olunmasına səbəb ola bilirsə, nə xoş bizlərə!

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB