Plenar iclas başladı

Milli Məclisin payız sessiyasının ilk plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, ilk iclas Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.

Qeyd edək ki, plenar iclasın gündəliyinə 62 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, iclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə