Cari ilin 13-15 dekabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Koreya Respublikasına rəsmi səfəri nəzərdə tutulub.
Nazirliyin mətbuatın xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı E.Məmmədyarovun Koreya Respublikasının xarici işlər və ticarət naziri Kim Sunq-hvan, Koreya Respublikasının Milli Assambleyasının Spikeri Park Hi Te, Koreya Respublikasının Baş Naziri Kim Hvanq-şik ilə görüşləri planlaşdırılır. Görüşlərdə ölkələr arasında münasibətlərin cari vəziyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi, ticarət və digər məsələlər müzakirə mövzusu olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB