YAP Pirallahı rayon təşkilatı yeni üzvlərə vəsiqələr təqdim edib
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı "Neft Daşları" NQÇİ ərazi ilk partiya təşkilatında YAP-ın sıralarına yeni qəbul olunmuş 69 nəfərə üzvlük vəsiqəsi təqdim edilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini, "Neft Daşları" NQÇİ-nin rəisi və ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov 25 ildən artıq dövrdə ölkəmizin əldə etdiyi uğurlardan, Yeni Azərbaycan Partiyasının bu inkişafa, tərəqqiyə töhfələrindən danışıb. Bildirib ki, dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasının sıraları gündən-günə genişlənir. Bugünkü tədbir də bunun bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, ötən 25 ildən artıq dövr tərəqqi, inkişaf və yüksəliş ili, Azərbaycanın möhkəmlənməsi, dünyada öz rolunu artırması, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qüdrətlənməsi, möhtəşəm siyasi təşkilata çevrilməsi ili kimi xarakterizə olunur. Partiyanın keçdiyi inkişaf yolu onun yaradıcısı ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası respublikada keçirilən bütün seçkilərdə daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən uğurla çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi təqdim edib. Bu gün partiyanın sıralarında 722 mindən artıq üzvün birləşməsi ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Yeni üzvlər birmənalı olaraq bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar bir hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB