Ermənistanın ikinci prezidenti Robert Koçaryan siyasi fəaliyyətini fəallaşdırıb. SİA xəbər verir ki, bu barədə erməni mətbuatı yazır. “Hraparak” nəşrinin yazdığına görə, onun komandasında siyasi güclərlə əsas görüşləri oğlu Sedrak Koçaryan, KİV və jurnalistlərlə isə Viktor Soqomonyan, oliqarxlar heyətilə isə Ovik Abramyan görüşür. Görüşlərin əsasən, “Nasional” mehmanxanasında keçirildiyi bildirilir.
Qeyd olunur ki, Robert Koçaryan strateji məsələləri həll edir və daha nüfuzlu fiqurlarla görüşür. Bəzi məlumatlara görə, artıq onun Serj Sarkisyanla iki dəfə görüşdüyü məlum olub. Koçaryanın sabiq nazirlərdən Vardan Ayvazyan, Karen Çşamarityan və başqaları ilə də danışıqlar apardığı məlum olub.
"Hraparak": "“Toxunulmazlıq məsələsi Konstitusiya məhkəməsinə göndəriləcək, bunun ardınca isə parlament ətrafında cərəyan edəcək hadisələr dayanır”
Həmçinin bildirilir ki, Koçaryan kitab yazır və bu baxımdan, daha çox ictimai rəy arasında görünməkdə maraqlı deyil, lakin həmin kitabın prezentasiyasından sonra qəti şəkildə ortaya çıxmaq qərarındadır.
“Hələlik, komandada gözləmə situasiyasıdır, ən əsası, Kassasiya məhkəməsinin qərarı baxımından”, yazan “Hraparak” həmçinin qeyd edir ki, son vaxtlar belə ehtimal etmək mümkündür ki, o həbs olunmayacağı ilə bağlı zəmanət alıb: “Toxunulmazlıq məsələsi Konstitusiya məhkəməsinə göndəriləcək, bunun ardınca isə parlament ətrafında cərəyan edəcək hadisələr dayanır”.
O da bildirilir ki, Koçaryan komandası parlamentin buraxılmasına qəti olaraq qarşı çıxır: “Koçaryan ilk gündən deyirdi ki, siyasətə vəzifə üçün geri dönmür: parlament gücləri ilə razılığa gəlmək və hər hansı güclü xadimi baş nazir seçərək, ölkədə tüğyan edən xaosa son qoymaq lazımdır”.
"Joxovurd": "Ötən müddətdə Robert Koçaryan “Milli Hənrəylik”, partiyasının sədri Aram Arutunyanla, “Həmrəylik” partiyasının sədri Sarkis Avetisyanla, “Milli təhlükəsizlik” partiyasının sədri Qarnik İsqulyanla görüşlər keçirib"
Bu arada Ermənistanın digər nəşri – “Joxovurd” da öz mənbələrinə istinad edərək yazır ki, 1 mart hadisələrində ittiham olunan Robert Koçaryan siyasətə geri döndüyünü bəyan etdikdən sonra bir sıra görüşlər keçirməyə başlayıb. “Hədəf – yeni formalaşdırılmış gücün növbədənkənar parlament seçkiləridir”, yazan erməni nəşri əlavə edir ki, mənbələrə görə, Koçaryan əsasən, cırtdan partiyaların sədrləri ilə görüşlər keçirir: “Ötən müddətdə Robert Koçaryan “Milli Hənrəylik”, partiyasının sədri Aram Arutunyanla, “Həmrəylik” partiyasının sədri Sarkis Avetisyanla, “Milli təhlükəsizlik” partiyasının sədri Qarnik İsqulyanla görüşlər keçirib. Bu partiyaların rəhbərləri jurnalistimizlə söhbətlərində Robert Koçaryanla həmin görüş faktını inkar etməyiblər”.
“Joxovurd” arınca yazır: “Yeri gəlmişkən, Respublika partiyasının icraiyyə orqanının iclasından sonra Qalust Saakyan da bəyan edib ki, əgər Koçaryan siyasətə aktiv şəkildə geri dönəcəksə və partiyanın proqramlarına yazıb məsələləri təklif edəcəksə, bu zaman əməkdaşlıq istinsa olunmayacaq”.
Beləliklə, görünən budur ki, Robert Koçaryan ciddi şəkildə siyasətə geri dönməyə və “məxməri inqilaba” qarşı əks-inqilab funksiyasını yürütmək planını qarşısına məqsəd olaraq qoyub. Görünür, növbədənkənar parlament seçkilərinə qədər bu ölkədəki siyasi böhran daha da dərinləşəcək və növbəti qarşıdurmaların baş verəcəyi proqnozları özünü kifayət qədər doğruldacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB