Yaponiyada baş vermiş “Trami” qasırğası nəticəsində ən azı iki nəfər ölüb. SİA xəbər verir ki, bu barədə "Россия 24" kanalı məlumat yayıb. Məlumata görə, ölənlərlə yanaşı, iki nəfər də itkin düşüb, yüzlərlə insan müxtəlif xəsarətlər alıblar. Ölkə hakimiyyəti torpaq sürüşmələri və seldən ehtiyat edərək, təxminən 4 milyon insanın təxliyyəsi barədə qərar qəbul edib.
Qasırğa Osaka şəhərini tamamilə iflic vəziyyətinə salıb. “Yarım milyona yaxın ev yararsız hala düşüb, qatarların hərəkəti dayandırılıb, beynəlxalq aeroport bağlanıb və nəticədə mindən çox aviareys təxirə salınıb”, deyə məlumatda bildirilir.
Bildirilir ki, “Trami” supertayfununun sürəti sattda 160 km. təşkil edib. Sinoptiklər isə xəbərdarlıq ediblər ki, qasırğa Kuril adalarına qədər gedib-çıxacaq və güclü küləklə yanaşı leysan da olacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB