Bu gün səhər saat 09:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Xətai rayon ərazisində yerləşən "Radioquraşdırma" zavodunda partlayış baş verib. SİA-nın əldə etdiyi məlumata görə, baş verən partlayışda ölən və yaralananlar var. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Hadisədən bir müddət sonra Xətai Rayon Polis İdarəsi məlumat yayıb. Verilən xəbərə görə, hadisə nəticəsində zavodun işçisi, 50 yaşlı İmarət Cəfərova ölüb. Zavodun əməkdaşı, 56 yaşlı Almaz Vəliyeva isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadalarının səyi nəticəsində zavodda baş verən yanğının qarşısı alınıb. Hazırda FHN və rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Qeyd edək ki, partlayış baş verən "Radioquraşdırma" zavodu hərbi təyinatlıdır. Burada əsasən zirehli texnikalar üçün tırtırlar istehsal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB