“Azərbaycan-Rusiya Regionlararası əməkdaşlıq yeni səviyyəyə çıxır” AÇIQLAMA-ÖZƏL
“IX Azərbaycan-Rusiya Regionlararası Forumun keçirilməsi, eləcə də Rusiya prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin fonunda çox əhəmiyyətli hadisə idi. Forum ilə səfərin üst-üstə düşməsi göstərir ki, həm iki ölkə münasibətlərin inkişafında məhz regionlararası münasibətlərin qurulmasını mühüm faktor kimi görürlər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ötən ilin nəticələrinə əsasən, iki ölkə arasında ticarət mübadiləsi təxminın 2,5 milyard dollar təşkil etdiyini dilə gətirən politoloq söyləyib ki, bu, ikitərəfli əməkdaşlıq potensialını vermir: “Çünki ticarət mübadiləsinin 4 milyard dollar təşkil etdiyi illər olub. Bununla yanaşı, Rusiya ilə ticarət dövriyyəsi digər ölkələrlə münasibətdə xeyli üstündür. Neftdən başqa Azərbaycan məhsulları Rusiya bazarına çıxarılır, eyni zamanda qonşu ölkədən çoxlu çeşiddə emal sənayesinin mallarını alırıq. Ona görə də, düşünürəm ki, iki ölkə arasında iqtisadi sferada birgə müəssisələrin yaradılması və bu müəssisələrin məhsullarının üçüncü ölkə bazarlarına çıxarılması ilə bağlı danışıqlar aparılır”.
İ. Vəlizadə qeyd edib ki, Azərbaycan-Rusiya Regionlararası əməkdaşlıq yeni səviyyəyə çıxır: “Çünki bizim hədəflərimiz təkcə ikitərəfli dövriyyənin artırılması deyil, həm də birgə istehsal olunan malların üçüncü ölkəyə çıxarılmasından ibarətdir. Bu da ikitərəfli münasibətlərin yeni formasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB