Çin Koreya yarımadasında gərginliyi azaltmağa səy göstərir

Çin Koreya yarımadasında gərginliyi azaltmağa səy göstərir

Çin Koreya yarımadasında gərginliyi azaltmaq üçün ABŞ və onun müttəfiqlərini altı-tərəfli məsləhətləşmələrə qoşulmağa inandırmaqda təmkin nümayiş etdirəcəyini deyir.

SİA-nın xəbərinə görə, Çin xarici işlər naziri Yanq Cieçi rəsmi Şinhua xəbər agentliyinə bildirib ki, Pekin ABŞ, Yaponiya və Cənubi Koreyanın tərəddüdlərinə baxmayaraq altı-tərəfli danışıqların bərpa olunmasına çalışacaq.

Ötən həftə ABŞ, Yaponiya və Cənubi Koreyanın yüksək rtbəli rəsmiləri Vaşinqtonda bir araya gələrək Şimali Koreyanın təxribatlarına və aqressivliyinə qarşı vahid cəbhə nümayiş etdiriblər. Müttəfiqlər Çinin diplomatik səylərdə mühüm rol oynadığını bildiriblər. Lakin onlar Pekinin Şimali Koreya, Rusiya və Çin rəsmiləri birgə yığıncaq keçirmək təklifini rədd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə