Tahir Mirkişili: “Son zamanlar Rusiya-Azərbaycan əlaqələri çox sürətlə inkişaf edir” AÇIQLAMA
“Son zamanlar Rusiya-Azərbaycan əlaqələri çox sürətlə inkişaf edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, ildən ilə bu inkişaf özünü göstərir: “İqtisadi əlaqələr daha çox qeyri-neft sektoru, texnologiyalar, kənd təsərrüfatı, aqrar sektor, istehsal, xidmət ixracı, turizm istehsalı yəni bu cəhətdən baxsaq əlaqələr kifayət qədər zəngin və çox çeşidlidir. Nəzərə alsaq ki, bu gün Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyarda, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollara yaxın investisiya qoyub. Nəzərə almaq lazımdır ki, Cənub bölgəsi, Şimalı Qafqaz hissəsinə Azərbaycan ən çox investisiya yatırılan ölkədir. Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Milli Məclis üzvləri, QHT-lər və cəmiyyətin digər üzvləri arasında əlaqələrin inkişafını hər tərəfli və uzun müddətli olması üçün şərait yaradır. Bu gün Azərbaycanın qeyri-neft ixracatının təxminən 35 faizi, kənd təsərrüfatı məhsullarımızın ixracının isə 90 faizi Rusiyanın payına düşür. Digər tərəfdən baxsaq bu gün bitki mənşəli məhsulların idxalında Azərbaycan Rusiyada 5-ci yerdədir. Daha çox iki ölkənin biznes subyektləri arasında müasir biznesin tələb etdiyi formada əməkdaşlıq formalarının yaranmasına ehtiyac var ki, bu da həmin forumda müzakirə olunan əsas məsələlərdəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB