"Türkmәnistan passiv tәrәfsizliyi deyil, problemlәrin hәllinә tәsir edәcәk aktiv tәrәfsizliyi mәnimsәmәlidir"

"Türkmәnistan passiv tәrәfsizliyi deyil, problemlәrin hәllinә tәsir edәcәk aktiv tәrәfsizliyi mәnimsәmәlidir"

Әhmәd Davudoğlu, dünәn paytaxt Aşqabadda, Türkmәnistanın tәrәfsiz ölkә olduğunun qebulunun 15-ci il dönümü sәbәbi ilә tәşkil edilәn bir konfransa qatılıb.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, beynәlxalq teşkilatlar vә әtrafdakı ölkәlәrdәn yüksәk səviyyәli rәsmilәrin dә iştirak etdiklәri "Türkmәnistanın daimi tәrәfsizliyi: Sülh, tәhlükәsizlik vә inkişaf üçün әmәkdaşlıq" adlı konfrans, dövlәt başçısı Qurbanqulu Berdimәhәmmәdov çıxışı ilә stard alıb.

Türkmәnistan dövlәt başçısı vurğulayıb ki, ölkәm tәrәfsizliyi, әtrafı ilә sülh çәrçivәsindә yaşamaq üçün tәrcih edib. Türkiyәnin xarici işlәr naziri Әhmәd Davudoğlu da Türkmәnistan passiv tәrәfsizliyi deyil, problemlәrin hәllinә tәsir edәcәk aktiv tәrәfsizliyi mәnimsәmәlidir deyib.

İslam konfrarnsı tәşkilatının baş katibi Ekmәlәddin İhsanoğlu isә, Türkmәnistanın bölgәdә vә İslam dünyasında tәrәfsizliyi ilә әhәmiyyәtli rol oynadığını vurğulayıb.

Bu gün xarici işlәr naziri Әhmәd Davudoğlu Türkmәnistan dövlәt başçısı Berdimuhәmmәdov tәrәfindәn qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə