Orduxan Teymurxanın söz kasadlığı var və nə danışdığını heç özü də bilmir – RAUF ARİFOĞLU
Avropada “siyasi mühacir” adı altında casusluq fəaliyyəti göstərdiyi məlum olan Orduxan Bəbirovun (Teymurxan) “Yeni Müsavat” və digər media qurumlarında barəsində gedən ifşaedici materiallardan sonra, onun xüsusilə Rauf Arifoğluna qarşı başlatdığı təhqir kampaniyası cavabsız qalmayıb. Belə ki, məsələ ilə bağlı SİA-ya açıqlama verən Rauf Arifoğlu Orduxan Teymurxanın “tərbiyəsinin” bundan artıq olmadığını deyərək, eyni zamanda söz qıtlığı yaşadığını bildirib. “Yeni Müsavatın” baş redaktoru Orduxan Teymurxanın barəsində ortaya çıxan faktlara yönəlik narahat olmasının dolayısı etiraf kimi də qiymətləndirilə biləcəyini istisna etməyib: “Bu adamın söz kasadlığı var və nə danışdığını heç özü də bilmir”. “Üzə çıxacaq növbəti faktlar isə onun kimliyini bir daha təsdiq edir. O, xarici kəşfiyyata işləyən bir xəyanətkardır”, deyə qeyd edən baş yazar onun ifşasının bundan sonra da davam edəcəyini bildirib.
Xatırladaq ki, son günlər Hollandiyada yaşayan Orduxan Teymurxan barəsində bir sıra danılmaz sübutlar ortaya çıxıb və onun xüsusi xidmət orqanlarının casusu kimi çalışması ilə yanaşı, Azərbaycan dövlətinə və xalqına qarşı bəd əməlləri də isbatlanıb. Xüsusilə, “Yeni Müsavat” qəzetinin baş redaktorunu hədəfə alan Orduxan Teymurxan və onun sosial şəbəkədəki “söyüş qrupu” ona qarşı söyüş və təhqirlər yağdırıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB