“Jamanak”: “KTMT aydın şəkildə bəyan etdi ki, İrəvan ona arxalana bilməz”

“Jamanak”: “KTMT aydın şəkildə bəyan etdi ki, İrəvan ona arxalana bilməz”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birgə Kollegiyasının rəhbəri Anatoli Sidorov Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sülh yolu ilə həll olunacağına ümid edir”. SİA-nın xəbərinə görə, “Russia Today” agentliyinin təşkil etdiyi kosmik körpü zamanı, təmas xəttindəki gərginliklə əlaqədar sualları cavablandırar təşkilat rəhbəri, vəziyyətin tərəflər tərəfindən həll ediləcəyini qeyd edib.

" KTMT bu məsələdə güc potensialını tətbiq edilə bilməz. Ümid edirik ki, tərəflər bu problemi müstəqil həll edəcəklər və bunun sülh yolu ilə aparılması arzu olunmalıdır “, - deyən Anatoliy Sidorovun fikirlərini şərh edən “Jamanak” qəzeti dərc etdiyi məqalədə bildirib ki, KTMT-nin irəli sürdüyü mövqe Ermənistan cəmiyyətində adi şəkildə qəbul edilir.

“2016-cı ilin aprel döyüşündən sonra Ermənistan bu strukturdan heç bir gözləntiyə malik olmadığını anlayır. Sidirovun laqeyd fikirləri erməni-rus münasibətlərini özündə ehtiva etmiş olur. Ümumiyyətlə, KTMT hər zaman təhlükəsizlik məsələsində Ermənistana laqeyd yanaşıb.

Bundan baqa təşkilatın 5 üzvündən ikisi Rusiya və Belaruz Azərbaycanı Ermənistana silahlandırır, Qazaxıstan isə Avrasiya məkanında Bakının maraqlarını müdafiə edən əsas lobbidir”, - deyə qəzet yazır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə