Yaxud, bir araya gələ bilməyənlər ümummilli məsələlərdə də fərqli fikirdədirlər
Bəlli olduğu kimi, ənənəvi düşərgədə təmsil olunan bir sıra müxalifət partiyaları bu dəfə “Qarabağa azadlıq” şüarı altında mitinq keçirməyi planlaşdırırlar. Lakin buna baxmayaraq, həmin mitinqdə kimlərin, hansı partiyaların iştirakları da qeyri-müəyyən qalmaqdadır. O cümlədən, zaman-zaman qarşıdurma və intriqalarla yadda qalan, eləcə də yalnız siyasi maraqları naminə didişən müxalif siyasi təşkilat rəhbərlərinin sözügedən mitinqə də Qarabağa görə deyil, məhz öz dividentlərinə görə qatılacaqları bəri başdan bəllidir. Belə olan halda sual yaranır: əgər müxalifət partiyalarının “liderləri” Qarabağın azadlığı üçün bu qədər “can yandırırlarsa”, nəyə görə ölkənin digər məsələlərində ümumi maraqdan çıxış edə bilmirlər? Yaxud, düşərgədaxili parçalanmaların qarşısını ala bilmək üçün hansı səbəbdən bir masaya oturmağı özlərinə təhqir hesab edirlər?
Partiyalar təbii ki, bu cür səs-küylərində səmimi görünmürlər.
Söz yox ki, bu gün “mitinqdə iştirak edəcəyik”, deyə hay-haray salan, əslində bu vasitə ilə özlərinin siyasi reklamlarını aparmağa cəhd edən AXCP, Müsavat, AMİP, “Ümid”, ADP, KXCP, VHP, VİP və s. partiyalar təbii ki, bu cür səs-küylərində səmimi görünmürlər.
Yeri gəlmişkən, xatırlada bilərik ki, hakim Yeni Azərbaycan Partiyası müxalifətdən fərqli olaraq, hər zaman ümummilli məsələlərdə öndə olub, hətta düşərgə təmsilçilərinə dialoq müstəvisində müzakirələr aparmağı da təklif edib. Maraqlısı da odur ki, “Qarabağa azadlıq” şüarını əllərində bayraq edənlər nədənsə həmin dialoq mühitinə, müzakirələrə qatılmaqdan imtina ediblər. Bu faktın özü də belə qənaətə gəlməyə zəmin yaradır ki, ümumiyyətlə, bu cür dırnaqarası müxalifətin mövcudluğu nə xalqa, nə də dövlətçilik maraqlarına lazım deyil.
Erməni lobbisinə işləyən müxalifətə nə Qarabağ, nə də dövlətçilik maraqları lazım deyil
Çox yəqin ki, mitinq baş tutarsa belə, tribunaya can atmaq, orada söz demək uğrunda didişmələr olacaq. Çünki bu müxalifətə nə Qarabağ, nə də dövlətçilik maraqları lazım deyil. Onlara lazım olan madiyyatdır ki, bunun üçün də illərdir düşərgədə çabalayaraq, xarici dairələrə, erməni lobbisinə işləməklə onu qazanırlar. Məntiq də budur ki, erməni lobbisinə işləyənlərin “Qarabağa azadıq” şüarları ümumiyyətlə bir-birinə zidd olan fikirlərdir. Bu baxımdan, həmin mitinqin uğurla nəticələnməyəcəyini bəri başdan söyləmək olar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB