"Ermənistanda siyasi mədəniyyət çox aşağı səviyyədədir" MÖVQE

"Ermənistanda siyasi mədəniyyət çox aşağı səviyyədədir" MÖVQE

“Ermənistanda köhnə hakimiyyət modeli qorunub saxlanmaqdadır. Buna səbəb ölkədə buna qarşı mübarizənin aparılmamasıdır”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın sabiq Ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdiyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna qarşı mübarizə sistemi olmadığı müddətdə ölkədə hakimiyyət inhisarçılığı davam edəcək: “Köhnə hökumət modeli dəyişdikdən sonra nailiyyətdən danışmaq olar. Hazırda baş verənlər tarazlığın olmaması ilə bağlıdır”.

Sabiq ombudsmanın sözlərinə görə, Ermənistanda cəmiyyətdə və hakimiyyət effektiv və rəqabətli müxalifətin formalaşmasında maraqlı olmalıdır: “Seçkilərin yüksək faizləri insanları xoşbəxt edir, yüksək faiz demokratiyanın səviyyəsini göstərmir. İqtidar qrupu üçün çox şey bağışlanır. Lakin hökumət özü ölkədə müxalifətin inkişafı və möhkəmləndirilməsi üçün müvafiq şərait yaratmaq istəməlidir. Yalnız belə olduqdan sonra rəhbərlik müxalifətlə rəqabət aparmaq üçün ölkənin səviyyəsinin yüksəldilməsi istiqamətində addım atmağa cəhd göstərər bilər”.

Larisa Alaverdiyan Ermənistanda baş verənlərdə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının ictimai təhsildə yetərincə işləməməsinin də günahı olduğunu dilə gətirib: “Ermənistanda siyasi mədəniyyət çox aşağı səviyyədədir. Paşinyan ölkədə yüksək keyfiyyətli siyasi mədəniyyətin formalaşmasında və əhalinin maarifləndirilməsi səviyyəsinin yüksəlməsində maraqlı olmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə