Qədim Gəncənin Samux rayonunda olması abidələrin qorunmasında problemlər yaradır

Qədim Gəncənin Samux rayonunda olması abidələrin qorunmasında problemlər yaradır

Qədim Gəncə şəhərinin indi Samux rayonu ərazi vahidliyində olması abidələrin qorunmasında bir sıra problemlər yaradır. Bu barədə SİA-nın bölgə müxbirinə Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) əməkdaşı Gəncə Arxealoji Ekspedisiyasının rəhbəri Arif Məmmədov məlumat verib. Onun sözlərinə görə hazırda abidələrin bir qismi Gəncə şəhərinin bir qismi isə Samux rayonunun tabeliyindədir. Bu da abidələrin mühafizəsində bir sıra çətinliklər yaradır. "Bəzi abidələr var ki onların Gəncə və ya Samuğa aid olduğunu müəyyənləşdirmək olmur.Belə faktlarda abidələrin arxealoji qazıntı işlərinin aparılmasına ciddi təsir edir", - deyə A.Məmmədov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə