Masallıda Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi seminar müşavirə keçirib
Masallı rayonunda Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzi (CRM) Rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə "Cənub Regional Mərkəz ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi" mövzusunda seminar müşavirə keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nuriyev təbii fəlakətlər zamanı əhalinin maarifləndirilməsinin vacibliyini önə çəkib.
Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynovun "Cənub regional Mərkəzi ilə yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin əsas istiqamətləri", Operativ-reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin baş zabiti, mayor İzzət İbadovun "Torpaq sürüşməsi, onu əmələ gətirən amillər və regionda baş vermiş sürüşmə sahələri", İstismarda olan binaların təhlükəsizliyinin monitorinqi sektorunun baş məsləhətçisi Nail Ağayevin "Fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri" haqqında məruzələri dinlənilib.
Müşavirə iştirakçılarına torpaq sürüşmələrini, yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zolaqlarında inşa edilmiş tikililəri əks etdirən fotoslayd təqdim olunub.
Seminarda həmçinin Masallı RİH başçısı aparatının əraziidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adəm Məhərrəmov, Masallı Rayon Mülki Müdafiə Qərargahının rəisi Nizam Məmmədov çıxış ediblər. Tədbirdə iştirakçılara "Hansı hallarda "
Sonda Seymur Nuriyev Cənub Regional Mərkəzin əməkdaşlarına bütün çağırışlara operativ cavab verdikləri üçün Rayon İcra Hakimiyyəti adından təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB