Astarada müasir Azərbaycanın banisi Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Astarada müasir Azərbaycanın banisi Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Astara Rayon İcra Hakimiyyətində(RİH) "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusunda tədbir keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbiri RİH başçısının birinci müavini Məzahim Hüseynov açaraq ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən söhbət açaraq bildirib ki, ulu öndərin yorulmaz fəaliyyəti bu gün də hər bir azərbaycalıya örnəkdir.

Daha sonra RİH başçısının müavini Natiq İbadovun mövzuyla bağlı məruzəsi dinlənilib.Məruzədə müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xalq qarşısında misilsiz xidmətləri, milyonların qəlbində əbədi iz qoyması, ulu öndərin həmişəyaşar ideyalarının öz aktuallığını daim yaşayacağı ifadə olunub.

Toplantıda çıxış edənlər də ümummilli liderin olkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinin şanlı səhifəsinə çevrildiyini, dahi şəxsiyyətin Astara rayonuna səfərləri ilə bağlı xatirələrini dilə gətiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə