1in.am: “Putinin vaxtı yoxdur – Moskva növbəti dəfə Ermənistanı ələ salıb”
“Rusiya prezidenti yaxın günlərdə Ermənistanı ziyarət edəcək, bu istiqamətdə müzakirələr davam edir”. SİA 1in.am-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbərində Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan deyib.
Lakin məsələnin maraqlı tərəfi ondadır ki, Rusiya tərəfi Ermənistan XİN-nin bəyanatlarının üzərindən çalın-çarpaz xətlər çəkən fikirlərlə çıxış edir. Daha doğrusu, Rusiya rəsmiləri Ermənistanla münasibətlər baxımından bu gözlənilən görüşü əhəmiyyətli hesab etmədiklərini istər dolayı, istərsə də birbaşa yolla bəyan edirlər. Misal üçün, Balayanın bəyanatı çərçivəsində bəlli olub ki, Putinin səfər tarixi hələ ki, dəqiqləşdirilməyib. “Deyə bilərəm ki, biz və Rusiya tərəfi səfəri təsdiq etmişik. Lakin onu da deyə bilmərəm ki, yaxın günlərdə, sadəcə tez bir zamanda həmin səfər baş tutacaq”, Balayan bildirib.
Rəsmi Moskva Yerevanı bu cür inkar edir – Yuri Uşakov: “Ermənistana səfər məsələsi, yaxud onun tarixi barədə hələ ki, müzakirələr aparılmır...”
Erməni saytı yazır ki, erməni-rus münasibətləri baxımından, Moskvada sanki Yerevandakı bəyanatları inkar etmək üçün gözləmə mövqeyində dayanıblar.
Sayt buna misal olaraq, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun fikirlərinə diqqət yetirib. Belə ki, rusiyalı rəsmisinin sözlərindən belə anlaşılıb ki, Putinin Ermənistana səfəri Moskva üçün prioritet deyil və Yerevan sadəcə sakit halda öz “növbəsini” gözləməlidir.
“Həqiqətən də bizim prezidentin Ermənistana səfər təşkilatçılığı müzakirə eidlib, lakin konkret vaxt müzakirə olunmayıb”, Uşakov ənənəvi brifinqində deyib.
“Nəzərdə olan budur ki, prezidentlər yalnız Düşənbədə keçiriləcək MDB sammitində deyil, eyni zamanda Astanada KTMT-nin sessiyasında da görüşəcəklər. Bu dəfə və dekabrda Moskvada Avrasiya İqtisadi İttifaqının sammitinin keçirilməsi planlaşdırılır, o cümlədən, liderlərin ən uzağı çox qısa danışıqları mümkünlüyü var. Ermənistana səfər məsələsi, yaxud onun tarixi barədə hələ ki, müzakirələr aparılmır... Hesab edirəm ki, çox yəqin, səfər planı gələn ilə hesablanıb”, rusiyalı siyasi bildirib. O. xatırladıb ki, Rusiya lideri ilə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü yaxınlarda olub.
Erməni mediası: “Uşakov hətta demək istəyir ki, hazırkı erməni-rus münasibətləri ora qədər inkişaf etməyib ki, prioritetdə görüşün tarixi və növbəsi barədə vaxt müəyyənləşsin, eləcə də Paşinyan Putinlə şəkil çəkdirmək imkanı əldə etsin”
Beləliklə, Putinin Ermənistana səfəri mümkünlüyü barədə Rusiya tərəfinin etinasız bəyanatlar verməsi erməni tərəfində narahatlıqla yanaşı, qıcıq da doğurur. Misal üçün, müəllif yazır ki, erməni tərəfi Putinin Yerevan səfəri və həmin səfərin rəsmi olacağı barədə inadla bəyanatlar verdiyi halda, Rusiya tərəfi Paşinyan və Putin görüşünün başqa meydançalarda görüşmək ehtimalı olduğunu bildirirlər: “Uşakov hətta demək istəyir ki, hazırkı erməni-rus münasibətləri ora qədər inkişaf etməyib ki, prioritetdə görüşün tarixi və növbəsi barədə vaxt müəyyənləşsin, eləcə də Paşinyan Putinlə şəkil çəkdirmək imkanı əldə etsin.
“Yeri gəlmişkən, baş nazir Nikol Paşinyan Putinlə üç dəfə görüş keçirib və onların heç biri rəsmi olmayıb”, 1in.am saytında xatırladılır: “Ermənistan-Rusiya münasibətləri bax, bu cür “parlaq” münasibətlər mənzərəsini göstərir. Putinin əhatəsində inanırlar ki, Ermənistanın qaçmağa yeri yoxdur və o, Putinin “qardaşlıq” səfərini səbirlə gözləməyə məhkumdur, əlbəttə ki, Putinin boş vaxtı olacaqsa...”
Nəticədə Ermənistanda məhz Paşinyanın “məxməri inqilabı” tərəfindən ortaya atılan anti-Rusiya meylləri artıq özünün acı nəticələrini verməkdədir. Artıq Ermənistan mediasında Rusiya barədə danışılarkən, yazılarkən, tamamilə mənfi ştirxlərə toxunulur.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB