Misirli deputat: “Terror onu yaradan ölkələri də ağuşuna alıb”
Misir parlamentinin deputatı Kamal Abdul-Nasir Akbi Suriyanı dəstəkləyən bəyanatla çıxış edib. Misirli parlamentariyə görə, Suriya dövlətinin dayanıqlığı və qətiyyəti terrorçulara sponsorluq edənlərin planlarını alt-üst edib. SİA Suriyanin SANA agentliyinə istinadən xəbər verir ki, o, Suriya ordusunun qələbələrini ölkə ərazisinin vahidliyinin qorunması ilə nəticələndiyini bildirib.
Akbi qeyd edib ki, terroru müdafiə edən ölkələr hər kəsə məlumdur. Misirli deputat həmin ölkələrin suriyalıların iradəsini sındırmağa çalışdıqlarını deyib. O, eyni zamanda deyib: “Terror dünyanın bir çox ölkələrini öz ağuşuna alıb və həmin ölkələr sırasında terroru yaradanlar, dəstəkləyənlər də var”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB