İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsraildə qeyri-leqal nüvə silahlanması proqramı olduğunu iddia edən bəyanatla çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, XİN təmsilçisi bu barədə özünün tvitter səhifəsində yazıb. Zərifə görə, “İsrail regionda yeganə rejimdir ki, özünün gizli və deklarasiya olunmamış nüvə silahlanması proqramı var, eləcə də həmin proqram real nüvə arsenalına daxil edilib”.
O, İsraili bu məsələni etiraf etməyə və qeyri-leqal proqramı beynəlxalq inspektorlar üçün açmağa çağırıb. Beləliklə, Məhəmməd Cavad Zərif bu vasitə ilə İsrailin baş naziri Binyamin Netanyahunun bəyanatına reaksiya verib.
Qeyd edək ki, Netanyahu BMT-dəki çmıxışı zamanı bildirmişdi ki, onun ölkəsinin kəşfiyyatı İranda nüvə istehsalı üçün tonlarla vasitələr və materiallar aşkarlayıb. O, buna sübut kimi peyk vasitəsi ilə çəkilmiş dəmir darvazası olan divar fotoşəklini göstərmişdi.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB