ABŞ Fələstin dövlətinin tanınmasının hələ tez olduğunu bəyan edib

ABŞ Fələstin dövlətinin tanınmasının hələ tez olduğunu bəyan edib

Vaşinqton Fələstin dövlətinin tanınmasının hələ tez olduğunu bəyan edib. SİA-nın xəbərinə görə, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börns Braziliya, argentina və Uruqvayın Fələstin dövlətini tanımaları ilə bağlı açıqlamalarından sonra bunun hələ tez olduğunu bildirib.

Rəsmi səfər çərçivəsində Çilinin paytaxtı Santyaqoda olan Börns iki dövlətli həll formulunun yalnız fələstinlilər və israillilərlə müzakirə nəticəsində həyata keçirilə biləcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə