Gürcüstandan Bakıya gələn yük qatarı qəzaya uğrayıb

Gürcüstandan Bakıya gələn yük qatarı qəzaya uğrayıb

Gürcüstandan Bakıya gələn 2101 nömrəli yük qatarının lokomotivi Ağstafa rayonunun ərazisində qəzaya uğrayıb.

SİA-nın xəbərinə görə, Lokomotiv Azərbaycan dəmir yolunun Ağstafa stansiyasından ayrılarkən relsdən çıxıb. Qəza nəticəsində qatarın vaqonları aşmasa da, lokomotiv yoldan çıxaraq hərəkətsiz vəziyyətdə dayanıb.

Ağstafa stansiyasının rəisi Lətif Nağıyevin sözlərinə görə, lokomotivin relsə qaldırılması və dəmir yolunun sıradan çıxmış hissəsinin bərpası istiqamətində işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə