“Siyasiləşmiş QHT-lər daim dağıdıcı müxalifət üçün peyk rolunu oynayıblar” AÇIQLAMA
“Siyasiləşmiş QHT-lər dağıdıcı müxalifət partiyaları üçün daim peyk rolunu oynayıblar”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, bu partiyalar bunlardan istifadə edərək xarici himayədarlarından maliyyə əldə edirlər: “Məhz bunları bir-birinə bağlayan maliyyə olduğuna görə də daim cəmiyyət bunlar arasında tez-tez yaranan konfliktlərdən xəbərdardır. Alınan maliyyəni aralarında bölə bilmədiklərindən qarşılıqlı ittiham, siyasisi hoqqabazlıqların şahidi oluruq. Bu peyk QHT-in rəhbərlərinin bir neçəsi indi Avropanın bir neçə ölkəsinə qaçaraq orada da missiyalarını yerinə yetirilər. Anti-Azərbaycan təbliğatı apararaq müxtəlif Avropa fondlarından və xüsusi xidmət orqanlarından maliyyə əldə edərək buradakı dağıdıcı müxalifəti qanunsuz olaraq maliyyələşdirirlər. Çox güman ki, alınmış maliyyə vəsaitinin düzgün bölünməməsi və ya təyinatı üzrə xərclənməməsi səbəbindən yenə bunlar arasında konflikt yaranmışdır. Bu zaman bunlar cəmiyyət qarşısında təbii ki, maliyyə ilə bağlı yox guya bir-birini siyasi səriştəsizlikdə günahlandırırlar. Ancaq artıq hər kəsə bunların fəaliyyəti məlumdur. Konfliktin və qarşılıqlı ittihamın nəyə görə olduğu heç kimə sirr deyil. Hesab etmirəm ki, bunlar arasında bu cür yaranan konfliktlər hər hansısa ziddiyyətə gətirib çıxarda. Bunları maliyyələşdirən qüvvələr qarşısında bunlar götürdükləri öhdəliklərlə tam asılıdırlar. İstəsələr də istəməsələr də birgə işləməlidirlər çünki özlərindən başqa heç bir sosial bazaları olmayan bu şəxslər üçün bunları əvəzləyəcək başqaları yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB