ETSN-in bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüşə başlayıb

ETSN-in bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüşə başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar 11 dekabr 2010-cu il tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə yürüşə yollanıb.

ETSN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məqsəd müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dekabrın 12-də "Heydər zirvəsi"nə çataraq Ulu Öndərin barelyefi önünə gül dəstələri qoyaraq anmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə