Venesuelada fövqəladə vəziyyət elan edilib

Venesuelada fövqəladə vəziyyət elan edilib

Venesuelanın bir neçə vilayətində baş vermiş subasma hadisəsinin nəticələri daha da ağırlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, subasma nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb. Minlərlə insan yaşayış yerlərini tərk etməyə məcbur olub. Ümumilikdə təxminən 107 min insana ziyan dəyib. Mövcud vəziyyətlə əlaqədar ölkənin bir neçə vilayətində fövqəladə vəziyyət elan edilib.

 

Zərərçəkmişlərə kömək məqsədilə ölkə ərazisində təxminən 733 müvəqqəti sığınacaq yerləri təşkil edilib. Bildirilir ki, 60 nəfər zərərçəkmiş prezident iqamətgahında yerləşdirilib. İnfeksion xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə hadisə bölgələrinə 3 minə yaxın tibb işçisi cəlb olunub. Ölkənin 10 vilayətində tədris prosesi cari ilin sonuna qədər dayandırılıb. Hazırda subasmanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

 

Qeyd edək ki, artıq İspaniya və Kolumbiya hadisə bölgələrinə humanitar yardım çatdırıb. Belarus Respublikası da Venesuelaya müvafiq yardım göstərmək üçün hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə