"Kentavr" ləqəbli Orduxan Bəbirov barədə tükürpədici FAKTLAR
“Söyüş maşınının” kimlərə və nəyə nökərçilik etməsi üzə çıxmaqda davam edir
Bir neçə gün öncə, Avropada “siyasi mühacir” saxta adı altında Azərbaycanın dövlət maraqlarına qarşı “söyüş və təhqir maşını” qismində çıxış edən Orduxan Teymurxan (Bəirov) barədə növbəti faktlar üzə çıxıb. SİA xəbər verir ki, yaxın mənbədən aldığımız dəqiq məlumatlara görə, vaxtilə Rusiya “QRU”-da hərbi xidmət keçən Bəbirovun hələ SSRİ dövründə Ukraynada yerləşən 98-ci hava-desant diviziyasında müəyyən şəxslər tərəfindən “nəzərə alınması” onun gələcəkdə hansı proseslərdə iştirak edəcəyini müəyyənləşdirmişdi. Halbuki, sovet dönəmində azərbaycanlıların bu kimi elit hərbi birləşmələrdə xidmət keçməsi təsadüf hallarda baş verə bilərdi. Yəni azərbaycanlıların əksər çoxluğu tikinti işlərini aparan hərbi hissələrə göndərilir və orada xidmət keçirdilər. Lakin Orduxanın bu məsələdə önə çəkilməsində digər faktorlar da mövcud idi...
Bu kimi yeniyetmələr daha çox sovet kəşfiyyatının diqqətinə düşürdü
Misal üçün, onun doğluduğu və hazırda işğal altında olan Cəbrayıl rayonunun Horovlu kəndi İranla həmsərhəddir. Məhz bu kimi bölgədə hələ hərbi xidmətə getməmiş və ailəsinin sosial vəziyyəti aşağı olan Orduxanın məktəbdə oxuyarkən müəyyən qurumların diqqətinə düşməsi bir sıra məqamları açığa çıxarmış olur. Çünki bu kimi yeniyetmələr daha çox sovet kəşfiyyatının diqqətinə düşürdü. Ona görə də hərbi xidmətə çağırılan zaman o, dərhal “QRU”nun egidası altında olan “VDV”-yə - hərbi hava desantına çağırılır.
Digər tərəfdən, sosial şəbəkədə guya uşaq vaxtlarından idmanla məşğul olduğunu yazmaqla, əslində bu kimi faktları ictimai rəydən yayındırmağa cəhd edən Orduxan Bəbirov əslində, fiziki təlim-tərbiyəyə də “VDV”-dəki hərbi xidmətində başlayıb.
Orduxanın özü də daxil olmaqla, xidmət keçirdiyi hərbi hissə Bakıda qanlı yanvar hadisələrində əsas iştirakçılardan olub və onun da bu olaylarda iştirakı kifayət qədər həqiqəti əks etdirməkdədir
Mənbəmiz onu da bildirib ki, Orduxanın özü də daxil olmaqla, xidmət keçirdiyi hərbi hissə Bakıda qanlı yanvar hadisələrində əsas iştirakçılardan olub və onun da bu olaylarda iştirakı kifayət qədər həqiqəti əks etdirməkdədir. Misal üçün, əldə etdiyimiz digər səhih məlumata görə, o, Azərbaycan mənşəli olduğu üçün hələ 1988-ci ildə SSRİ hərbi əks-kəşfiyyat orqanlarının xətti ilə Azərbaycan DTK-dən konfidensial əməkdaşlığa namizədliyi öyrənilib və barəsində ilkin materiallar toplanılıb. Bəbirovu yaxından tanıyan mənbə həmçinin qeyd edib ki, o, hərbi xidmətini başa vurduqdan sonra Azərbaycandakı ictimai-siyasi vəziyyətin normal olmadığını “əsas” gətirərək, Rusiyada qalmağı tərcih edib. Halbuki, həmin ərəfələrdə hərbi xidmətdən imtina edən azərbaycanlılarla yanaşı, hətta ev-eşikləri, var-dövlətləri olan vətənpərvər azərbaycanlılar hər şeylərini satıb ölkələrinə dönür, Vətənlərini dar gündə qoymamaq üçün canlarından belə keçməyə hazır olduqlarını sübut edirdilər. Əlbəttə ki, Orduxan Bəbirov və onun kimi xain və satqınlardan başqa...
Avropada siyasi təlxəkliklə məşğul olan “QRU” casusu Orduxan Bəbirovun da əlində 1990-cı ildə öldürülmüş azərbaycanlıların qanı var!
Beləliklə, məlumatlı mənbə həmçinin bildirir ki, Orduxan Bəbirov hərbi xidmətini başa vurduqdan sonra ondan sovet xüsusi xidmət orqanları tərəfindən müxtəlif məqsədlərlə istifadə olunub, təlim keçmiş agent kimi bu qəbil fəaliyyəti indiyədək davam edir. Belə ki, həmin proses isə bəlli qayda üzrə həyata keçirilib: konfidensial əlaqənin saxlanılması, daha da möhkəmləndirilməsi, o cümlədən xüsusi xidmət orqanından asılılığının yaradılması məqsədilə Bəbirovun Rusiyada qanunazidd fəaliyyətlərə cəlb edilməsi qərara alınıb. Artıq tam əminliklə deyə bilərik ki, bu gün Avropada siyasi təlxəkliklə məşğul olan “QRU” casusu Orduxan Bəbirovun da əlində 1990-cı ildə öldürülmüş azərbaycanlıların qanı var! Çünki o, məhz 98-ci diviziyanın 217-ci alayının fəaliyyətinə dəstək məqsədilə Bakıya göndərilib. O eyni zamanda, azərbaycanlı olduğu üçün müəyyən məqsaədlərlə insanların arasına göndərilib və kəşfiyyat materialları toplayaraq, milli satqınlıq funksiyasını həyata keçirib. Necə ki, hazırkı dövrdə bu fəaliyyətini Avropada aparmaqdadır.
Orduxan Bəbirov Murmansk şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə, xüsusilə azərbaycanlılara qarşı “reket” əməliyyatlarında iştirak edib, onların döyülməsində, aradan götürülməsində xüsusi amansızlığı ilə seçilib
Digər tərəfdən, Orduxan Bəbirovun müəyyən güc instansiyaları tərəfindən reketçiliklə məşğul olması, Rusiyada biznes quran azərbaycanlılara qarşı istifadə edilməsi faktları da mövcuddur. Mənbəmiz bildirir ki, Orduxan müddətli hərbi xidmətini başa vurduqdan sonra verbovka edilmiş agent qismində, Rusiyanın müxtəlif şəhərlərində, əsasən Baş Kəşfiyyat İdarəsinin maraq dairəsində olan ərazilərdə, eləcə də Rusiyanın ən böyük limanlarından birinin yerləşdiyi Murmansk şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə, xüsusilə azərbaycanlılara qarşı “reket” əməliyyatlarında iştirak edib, onların döyülməsində, aradan götürülməsində xüsusi amansızlığı ilə seçilib. Məhz bu kimi xain və kirli işlərdə Bəbirov biznesini qurmağa başlayıb – azərbaycanlıların illərlə, əziyyətlər bahasına qazandıqları zəhmətləri üzərində..!
Orduxan Bəbirov “vətənsevər” azərbaycanlı qismində Rusiyanın azərbaycanlı icmalarına yeridilərək, casusluğunu davam etdirib
Yeri gəlmişkən, daha bir ilginc fakta diqqət yetirərsək, görərik ki, əslində Orduxanın işlədiyi gizli dairələrdən biri də məhz Murmanskda olub. Belə ki, bu liman şəhərində SSRİ Müdafiə Nazirliyinin tabeliyində olan 5 qapalı inzibati-ərazi vahidi fəaliyyət göstərib. Daha dəqiq desək, Murmansk vilayəti SSRİ-nin Qərbə qarşı mümkün hərbi əməliyyat platsdarmı kimi məhz “QRU”nun nəzarəti altında olub. Oruxan Teymurxan kimiləri isə həmin ərəfələrdə agent qismində istifadə edilərək, ona müəyyən tapşırıqlar verilib. Bunun əvəzində isə ona və onun kimi digərlərinə biznes qurmaq, ticarətlə məşğul olmaq imkanları yaradılıb. Beləliklə, həmin ərəfələrdə Orduxan Bəbirov “vətənsevər” azərbaycanlı qismində Rusiyanın azərbaycanlı icmalarına yeridilərək, casusluğunu davam etdirib.
Daha bir məqam bu şəxsin “vətənpərvər” olmasına baxmayaraq, doğulub boya-başa çatdığı Cəbrayılın, eləcə də Qarabağ bölgəsinin düşməndən azad edilməsi istiqamətində fəaliyyət göstərməməsi faktıdır. Nə o, nə də qradaşıarının heç biri torpaqlarımızın azadlığı uğrunda bir damla da olsa, iştirakları olmayıb. Halbuki, bu gün sosial şəbəkələrdə ağzına gələni danışan Orduxan həyasızcasına özünü milli azadlıq hərəkatının üzvü kimi təqdim edir. Üstəlik, bu istiqamətdə mərhum Elçibəy faktorundan sui-istifadə edir.
Bu xain özü-özünü necə ifşa edir?
Ancaq zaman-zaman öz yalanlarını bilmədən ifşa edən Orduxan özünü təmizə çıxarmaqdan ötrü Qarabağ müharibəsində “oyunların oynanıldığını” iddia edərək, bu səbəbdən savaşa qatılmadığını bildirir. Diqqət yetirək: O, gah yuxarıda qeyd edilən iddianı ortaya atır, gah da deyir ki, müharibədə iştirak etməsə də, həmin vaxtlar xaricdən maşınlar alıb cəbhəyə göndərib (?!-R.N.) Maraqlıdır, əgər o Qarabağ müharibəsində “oyun oynanıldığını” bilirdisə, nəyə görə cəbhəyə maşınlar alıb göndərirdi? Yaxud, həmin maşınların yük deyil, minik avtomobili olduğunu da dilə gətirən Orduxan niyə həmin maşınlar vasitəsilə top, ağır artilleriya mərmiləri daşındığını yazıb? Məgər minik maşınlarında ağır hərbi texnikanın “snaryadlarını” daşımaq mümkün ola bilərmi? Söz yox ki, Orduxanın cılız iddiaları elə onun özü tərəfindən ifşa olunur.
"Kentavr" kod adı ilə “Pavel”dən tapşırıqlar alan casus
İndi nisə Orduxan Bəbirovun "Kentavr" kod adını necə aldığı barədə məlumatlara nəzər salaq. Mənbə bildirir ki, hələ 1989-cu ildə Orduxanın konfidensial əməkdaşlığa cəlb edilməsi prosesinin yekunlaşması səbəbindən, yəni hərbi xidmət dövründə onun özünü “QRU”da casus kimi təsdiq edə bildiyindən onunla davamlı əməkdaşlıq qərarı verilmişdi. Misal üçün, hələ 1990-cı ildə Orduxannın sənədləri sorğu əsasında Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən keçmiş SSRİ Müdafiə Nazirliyinə göndərilib. Mövcud məlumatlara görə, onu “Kentavr” kod adı ilə keçmiş sovet hərbi kəşfiyyatının agentura qrupuna daxil ediblər.
Daha maraqlı nüans onun “mərkəz”lə əlaqələndiricisi ilə bağlıdır. Belə ki Orduxanın fəaliyyətini “Pavel” kimi təqdim edən şəxs tənzimləyir və o, tapşırıqlarını bilavasitə “Pavel”dən alır.
Başqa bir məlumatda isə bildirilir ki, Orduxan Bəbirov Rusiyada kəşfiyyat orqanlarının verdiyi təlimatlardan və icazələrdən kənara çıxaraq, dəfələrlə dələduzluqlar edib, hətta rus qadınlarını aldadaraq, onların mülklərini mənimsəyib.
Ancaq onun bu “fəaliyyəti” nəticədə xidmət etdiyi rus kəşfiyyatını təngə gətirib və o, sonradan Avropaya göndərilərək, məhz orada bənzər tapşırıqlarını alıb. Azərbaycandan və Türkiyədən olan ticarət adamlarının bizneslərinə müdaxilələrdən başlayaraq, digər bəlli əməllərinə qədər ortaya çıxacaq faktlar barədə isə növbəti yazılarımızda tanı ola bilərsiniz.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB