Politoloq: "Paşinyan BMT-də özünü tapdalamış oldu" ŞƏRH-ÖZƏL

Politoloq: "Paşinyan BMT-də özünü tapdalamış oldu" ŞƏRH-ÖZƏL

“Paşinyan özü də etiraf edib ki, o beynəlxalq hüquq normaları, ümumiyyətlə, beynəlxalq siyasət nədir bilmir. Bu baxımdan Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında beynəlxalq hüququ tapdalaması özünü tapdalaması deməkdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Paşinyanın əlacsız vəziyyətdə olduğunu deyən politoloq onun reytinqinin kəskin şəkildə aşağı düşdüyünü dilə gətirib: “Bildiyiniz kimi sonuncu mer seçkilərində onun namizədinin topladığı səsin miqdarı 34,67 faizi idi. Seçkidə iştirak edənlərin 43 faizinin içərisindən 81 faiz səs toplaya bildi topladı. Paşinyan qarşıdan gələn parlament seçkilərinə getmək üçün şoular göstərməlidir. O bilir ki, BMT-də onu çıxışına onsuzda qulaq asan yoxdur və heç kim onu saya salıb, sözünə diqqət etmir”.

M. Əhmədoğlu qeyd edib ki, Paşinyan hələ də özü dünyasından kənara çıxa bilmir: “BMT Baş Assambleyasının Nyu -Yorkda keçirilən 73-cü sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elmar Məmmədyarov Paşinyandan öncə çıxış etdiyindən, bizim nümayəndə heyətimiz onun çıxışına cavab mətni yaymaqla öz mövqeyini bildirmiş oldu. Orada nümayəndə heyətimizin atacağı yeganə addım bu ola bilərdi”.

Danışıqlar prosesinin tənəzzüldə olduğunu dilə gətirən politoloq əlavə edib ki, Azərbaycan ordusu danışıqlar prosesinə dəstək verməlidir: “ Əks halda, oktyabrda nəzərdə tutulan danışıqlarda heç bir dəyişikliyin olacağına inanmıram”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə