“Azərbaycan dünyanın aparıcı İKT şirkətlərinin marağındadır” MÜNASİBƏT
“Azərbaycanda İKT sektorunun inkişaf yolundan danışarkən ilk öncə qeyd etmək lazımdır ki, ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş birinci dövlətdir”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Bu gün Azərbaycan Respublikasında İKT sahəsindəki fəaliyyət Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır. Belə ki, Azərbaycan beynəlxalq aləmdə neft ölkəsi kimi tanınsa da, ölkəmizdə son 15 il ərzində möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət və qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları, həyata keçirilən islahatlar, dövlət dəstəyi və qayğısı qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyaları sektorunun ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməyi təmin etmişdir. Ölkədə İKT sahəsində uğurla həyata keçirilən dövlət siyasəti və xüsusən də bu sahəyə Prezident İlham Əliyevin diqqət göstərməsi dünyanın aparıcı İKT şirkətlərinin Azərbaycana böyük marağına səbəb olur”.
Hikmət Şikarov qeyd edib ki, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında", "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamlar isə öz növbəsində Azərbaycanın kosmik məkana inteqrasiyasını bərqərar edib: ““Azərspace 2” peykinin orbitə çıxarılması ölkəmizin kosmik məkanda öz mövqeyini möhkəmləndirməsi baxımından böyük töhfədir. İndiyə kimi orbitə çıxarılan hər 3 peyk vasitəsilə Azərbaycan bütün dünyada telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb. Peyklərin orbitə çıxarılması qeyri-neft sektorunun inkişafına, infrastruktur layihələrinin icrasına stimul verəcək və bu sahə ilə əlaqədar kadrların hazırlanmasına ciddi təsir göstərəkdir”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB