Elmar Məmmədyarov Türkmənistana bir günlük işgüzar səfərə yola düşüb

Elmar Məmmədyarov Türkmənistana bir günlük işgüzar səfərə yola düşüb

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana bir günlük işgüzar səfərə yola düşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərdə məqsəd Aşqabad şəhərində keçirilən və Türkmənistanın bitərəfliyinin 15 illiyinə həsr olunmuş "Türkmənistanın daimi bitərəfliyi – sülh, inkişaf və təhlükəsizlik naminə əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak etməkdir. Tədbirə bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin və xarici qonaqların qatılması gözlənilir.

 

Səfər çərçivəsində nazir E. Məmmədyarov Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedov tərəfindən qəbul ediliməsi nəzərdə tutulub. Görüş zamanı iki ölkə arasındakı münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə