Qazaxıstanda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
Ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü münasibətilə dünən Qazaxıstanda anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, Qazaxıstanın paytaxtı Astananın Mərkəzi Məscidinə toplanan azərbaycanlılar və qazaxlar cümə namazı sonrası Heydər Əliyevi dualarla anıblar. Qurani Kərimin oxunması ilə başlayan anım mərasiminə Qazaxıstan Diyanət İşləri sədrin müavini Məhəmməd Hüseyn Alsabekov da qatılıb.
M.H.Alsabekov çıxışında Heydər Əliyevin əvəzolunmaz bir lider olduğunu və bütün nəsillərin onu həsrətlə xatırlayacağını söyləyib. Qazaxıstan Azərbaycanlıları Dərnəyinin sədr müavini İsahat Şirinov isə Heydər Əliyevin azərbaycanlıların qəlbində xüsusi bir yeri və 20-ci əsrin ən əhəmiyyətli siyasi liderlərdən biri olduğunu ifadə edib.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend klinikasında 80 yaşında vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB