Ermənistanın kassasiya məhkəməsi sentyabrın 19-da baş prokuror Artur Davtyanın və Robert Koçaryanın vəkilləri Hayk Alumyanın, Ruben Saakyanın, Aram Orbelyanın və Ovannes Xudoyanın apellyasiya məhkəməsinin avqustun 13-də ölkənin ikinci prezidentinin ölkə hüdudlarını tərk etməməsi barədə verdiyi qərarına qarşı qaldırılmış kassasiya şikayətini qəbul edib. SİA-nın məlumatına görə, Ermənistan KİV-lərində qeyd olunur ki, əgər qərar dəyişdirilərsə, Robert Koçaryan Ermənistanı tərk etmək hüququnu əldə edəcək.
Bununla bağlı bir sıra erməni ictimai-siyasi dairələri tapşırığın birbaşa Nikol Paşinyan tərəfindən verildiyi iddia edilir. Belə ki, Koçaryanın siyasətə geri dönməsi ilə bağlı daha öncə verdiyi bəyanatlardan sonra, baş nazirin onu siyasi opponenelikdən məhz bu yolla uzaqlaşdırması planının olduğu bildirilir. “Paşinyan Koçaryanın əks-inqilab təhlükəsi olduğunu anlayaraq, ona ölkə ərazisini tərk etdirməyə çalışır”, ölkənin siyasi ekspertləri deyirlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB