İordaniyada ümummilli lider Heydər Əliyevi anma mərasimi keçirilib

İordaniyada ümummilli lider Heydər Əliyevi anma mərasimi keçirilib

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyində Ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü münasibətilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevi anma mərasimi keçirilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir iştirakçıları ilk öncə İordaniyanın paytaxtı Əmman şəhərinin şərqində yerləşən yeni salınmış Bədr rayonu ərazisindəki Heydər Əliyev prospektini ziyarət ediblər.

 

Azərbaycanın səfirliyində keçirilmiş mərasimdə səfir E.Araslı, Milli Elmlər Akademiyasının prezidenti M.Kərimov və digər şəxslər çıxış ediblər. Eyni zamanda ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş video süjetlər nümayiş etdirilib. Tədbirin sonunda ehsan süfrəsi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə