Ukrayna prezidenti BMT-nin Baş Assambleyasının iclası çərçivəsində təsadüfən Rusiya nümayəndə heyəti üçün müəyyənləşdirilmiş otağa daxil olub. SİA “Rossiya 24”ə istinadən xəbər verir ki, Ukrayna prezidenti öz nümayəndə heyəti ilə “Sülh naminə fəaliyyət və dəstək” tədbirinə qatılmağa gedərkən, rusiyalı jurnalistlərlə qarşılaşıb. Lakin Poroşenko qəti şəkildə sualları cavablandırmayacağını bildirib və ABŞ prezidentinin obrazı ilə “feyk nyus” (yalan informasiya yayanlar) ifadəsini səsləndirib. Sonra isə addımlarını sürətləndirərək, təsadüfən Rusiya nümayəndə heyəti üçün ayrılmış otağın qapısını açıb.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə bu insidentə ilginc münasibət bildirib. “Yəqin tualetlə səhv salıb”, deyə Lavrov Poroşenkoya istehza edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB