Yerevanın şəhər merliyinə keçirilən seçkilərdə qələbə qazanmış Hayk Marutyan Feysbuk sosial şəbəkəsində gedən informasiya şəhər sakinləri və KİV arasında ajiotaja səbəb olub. SİA “asyor.am”a istinadən xəbər verir ki, sözügedən informasiyada Marutyan paytaxt sakinlərinin “Qazel” markalı marşrutlardan xilas olunacaqları və şəhərdə bənzər sərnişin daşıyan nəqliyyatlardan, eləcə də sahiblərinsən bir nəfərin də olmayacağı bildirilib.
“Bir dənə də “Qazel” marşrut taksisi olmayacaq. Onların yerinə yeni Çin istehsalı olan və çox komfortlu, eyni zamanda əlillər üçün rahat olacaq avtobuslar gətiriləcək”, yeni seçilmiş erməni merinin səhifəsində yazılıb.
Lakin az sonra bəlli olub ki, mövcud informasiya feykdir və Marutunyanın təmsil olunduğu “Mənim addımım” blokunun tərəfdarları feyk barədə informasiya yaymağa başlayıblar.
Maraqlıdır ki, Marutyan özü bu barədə heç bir münasibət bildirməyib.
Xatırladaq ki, Yerevanın yeni seçilmiş meri daha öncə yumorist olub.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB