“Yerevan.today” məhkəmənin qərarından şikayət verib

“Yerevan.today” məhkəmənin qərarından şikayət verib

Ermənistanın “Yerevan.today” informasiya agentliyinin nümayəndələri məhkəmənin redaksiyada axtarışlar aparılması ilə bağlı verdiyi qərarı şikayət ediblər. SİA xəbər verir ki, bununla bağlı “NEWS.am” saytına informasiya agentliyinin vəkili Armen Feroyan danışıb.

Xatırladaq ki, sentyabrın 17-də adıçəkilən redaksiyaya polis basqını olub və oradakı texniki avadanlıqlar müsadirə edilib.

Vəkil həmçinin bildirib ki, məhkəmənin qərarından sonra saytın sahibi və redaktoru sorğu-suala cəlb ediləcək. Feroyan onu da qeyd edib ki, qanunsuz axtarışlar kobud şəkildə qanunların pozulması ilə müşahidə olunub.

Qeyd edək ki, “Yerevan.today” saytında axtarışların aparılmasına səbəb bu informasiya qurumunun Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq İdarəsi rəhbərlərinin telefon danışıqlarının audioyazısını ictimailəşdirməsi olub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə