Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Nyu-Yorkda görüşəcək. SİA-nın xəbərinə görə, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə edəcəklər.
Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.
Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB