Bu gün ümumilli liderin anım günü ilə əlaqədar aksiya keçiriləcək
Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında "Heydər Əliyev mənim üçün kimdir?" adlı geniş aksiya keçiriləcək. Gənclər və Idman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aksiyada Bakı və Sumqayıt şəhərlərində yerləşən ali təhsil ocaqlarının tələbələri iştirak edəcəklər. Aksiya çərçivəsində tələbələr "Heydər Əliyev mənim üçün kimdir?" sualına öz fikirlərini ifadə etməklə cavab verəcəklər. Bir-neçə saat davam edəcək aksiyanın yekun nəticəsi kimi ATGTİ-nin qərargahında tələbələrin Heydər Əliyevlə bağlı fikirlərini əks etdirən xüsusi guşə yaradılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB