Dövlət başçısı İlham Əliyev Burkina-Faso Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Burkina-Fasonun Prezidenti Blez Kompaoreni təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Burkina-Fasonun milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Burkina-Faso arasında yaranmış münasibətlər daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir".
Prezident İlham Əliyev Blez Kompaoreyə möhkəm cansağlığı, işlərində uğurlar, Burkina-Fasonun dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB