Şəmsəddin Hacıyev: “Məktəblərdə geyimlər təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənən məsələdir”

Şəmsəddin Hacıyev: “Məktəblərdə geyimlər təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənən məsələdir”
Yeni qəbul edilən "Təhsil qanunu"nda şagirdlərin və tələbələrin geyimi ilə bağlı müvafiq maddələr öz əksini tapıb. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev təhsil müəssisələrində hicabla bağlı yaranan məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, yeni qanunda da qeyd olunub ki, bu məsələ təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənən məsələdir: "Azərbaycan Dövlət İqtisad Universitetində bu barədə heç bir problem yoxdur. Çünki Təhsil Qanunu artıq qəbul olunub və orada bu məsələ xüsusi maddələrlə təsdiq olunub. Təhsil müəsisisəsi geyim formasını özü müəyyənləşdirir. Hər bir abituriyent qəbuldan əvvəl universitetin saytına girsin, orada ali məktəbin nizamnaməsi ilə tanış olsun və ona uyğun da öz seçimlərini etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə