TQDK abituriyentlərə kömək məqsədilə yeni vəsait hazırlayıb

TQDK abituriyentlərə kömək məqsədilə yeni vəsait hazırlayıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Məntiq testləri" adlı yeni bir vəsait hazırlayıb. Bu barədə SİA-ya məlumat verən TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib ki, bu vəsait magistraturaya və vakant iş yerlərinə qəbul üçün imtahana hazırlaşanlara, yuxarı sinif şagirdləri, abituriyentlər və müvafiq sahənin mütəxəssislərinə kömək məqsədi ilə çap olunub.

Onun sözlərinə görə, vəsait iki hissədən və əlavədən ibarətdir: "Birinci hissədə məntiqi təfəkkürü yoxlayan test tapşırıqları, ikinci hissədə onların izahlı cavabları, əlavədə isə imtahana hazırlığa dair mütəxəssis məsləhətləri verilir. Vəsait TQDK nəzdində fəaliyyət göstərən psixometriya üzrə elmi-metodiki seminar tərəfindən çapa tövsiyə olunub. Vəsait yaxın günlərdə oxucuların istifadəsinə veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə