“Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə məhkəmənin ilkin qərarı ilin sonuna kimi məlum olacaq
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasında "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarı ilin sonuna kimi məlum olacaq. Bunu SİA-ya açıqlamasında Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
Ç.Əsgərov AİHM-də Ermənistana qarşı 600 işin olduğunu və bu şikayətlərin sayının gündən-günə artdığını qeyd edib.
Qeyd edək ki, "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə məhkəmə iclası yekunlaşıb. İndi məhkəmə öz mövqeyini bildirməlidir. İddiaçılar Azərbaycanın altı vətəndaşı - Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qara Cəbrayılovdur. Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayonundan olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərəri kompensasiya etməyib.
İddia ərizəsi Birinci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirərərk qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB